TƏBRİK MƏMMƏDOV FAİQ HÜSEYN OĞLU-66

      Yüksək  peşəkarlığı və humanistliyi,nəzəri və praktiki biliyi, işgüzarlığı və mənəvi keyfiyyəti,dəqiqliyi və təmkinliyi, sadəliyi və səmimiyyəti, təcavüzkarlığı və vətənpərvərliyi eləcədə bədən tərbiyəsi və idman  sahəsində qazandığı uğur və naliyətləri ilə seçilən ömrünün ən məhsuldar dövrünün 42 ildən çox şərəfli xidmət yolunu hərbi xidmətdə və İdman sahəsində keçirən  “Respublikanın Əməkdar Məşqicisi”, Respublika dərəcəli hakim, Fəxri Bədən Tərbiyəsi ve İdman İşcisi, SSRİ idman ustası  ehtiyatda olan mayor Məmmədov Faiq Hüseyn oğlunun  mart ayın 3 -də,  66 — yaşı tamam oldu.

      Azərbaycan Vətən müharibəsi Veteranlari İctimai Birliyinin rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev istefada olan Mayor  Məmmədov Faiq Hüseyin oğlunu doğum günü munasbətilə səmimi qəlbdən  təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayir.

     Arzu edirik ki, Faiq Məmmədovun yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!

    Mayor Məmmədov Faiq Hüseyin oğlu 03 mart 1956 -cı ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olub.

       1973-cü ildə Gəncə şəhərində 29 nömrəli orta məktəbi, 1978-ci ildə Azərbaycan İnşaat  Mühəndisləri İnstitutunu bitrib. O, Daxili Qoşunlarda xidmət  illər ərzində Daxili Qoşunların Baş İdarəsində, hərbi hissələrində  və -in İdman cəmiyyətində kecirlən  bir çox  metodiki təlim toplanışlarda, təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.

    1978- 1980-ci illərdə Sovet Ordusunun Sankt-Peterburq   (Leninqrad) şəhərində yerləşən hərbi hissədə müdddətli həqiqi hərbi xidmətdə olub. 1980- 1992-ci ildə Gəncə şəhərində “Ehtiyat Əmək Qüvvələr» idman cəmiyyətində sərbəst güləş bölməsində baş məşqçi vəzfəsində işləyib.

      1993-2012 -cı illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin  Gəncə şəhərində yerləşən hərbi hissədə hərbi hissənin fiziki hazırlıq və idman rəisi, hərbi hissənin  Qərargah rəisinin döyüş təlimi üzrə müavini vəzifələrində Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.

     Faiq Məmmədov hal -hazırda «Təhsil » Respublika İdman Mərkəzinin   Gəncə şəhər 1- nömrəli uşaq, gənclər idman şahmat məktəbində sərbəst güləş bölməsının baş məşqçisi vəzifəsində  işləyir.

      Mayor Faiq Məmmədov dəfələrlə Sərbəst güləş üzrə  Ölkə birinciklərinin və Beynəlxalq yarışlarların və turnirlərin qalibi və mükafatçısı, Respulakanın sərbət güləş üzrə  yığma komandasının üzvi  olmuşdur.

     O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş  zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsədə xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

      Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın,  hərbi nizamnamələrin və digər hüquqi- normativ aktların  tələblərinə, eləcədə vəzifə borclarının icrasına məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş  xidməti  tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə  bir çox  hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.

     Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında, şəhərdə və yaşayış məntəqələrində, Mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə,  qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, fövqaladə  vəziyyət zamanı hüquqi rejimin  təmin  olunmasında ,baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin olunmasında üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və  şərəf hissi ilə yerinə yetirmişdir.

     Faiq Məmmədov Daxili Qoşunların Baş idarəsinin Gəncə şəhərində yerləşən hərbi hissəsində  İdman və fiziki hazırlıq üzrə  rəis vəzifəsində xidmət etdiyi illər ərzində onun xidmət etdiyi hərbi hissə  Daxili Qoşunların Baş İdarəsinin  hərbi hissələri və əlahiddə bölmələri arasında keçirilən yarışların, kütləvi- idman işilərinə baxışların, hərbi hissələrdə  isə fiziki hazırlıq üzrə  keçirilən ümümü (yekun) və nəzarət yoxlamaların nəticələrinə görə dəfələrlə hərbi hissələr arasında birinci yerin qalibi olduğuna görə  Daxili Qoşunlar Komandanın müvafiq əmrləri ilə  Kubokla və Fəxri fərmanla təltif edilib .

    Ehtiyatda olan mayor  Faiq Məmmədov İdman sahəsində qazandığı uğur və naliyətlərə görə Azərbaycan Respublikasının Əməkdar Məşqicisi, SSRİ İdman Ustası, Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi, Respublika Dərəcəli Hakim, Məşqçi  müəllim adlarına layiq görülüb.

       Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə görə döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi  xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubiley nişanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

      Döyüş hazırlığındakı əla göstəricilərə görə, xüsusi əməliyyatlarda, təlimlərdə, döyüş növbəsində, döyüş xidmətində xüsusi fərqləndiyinə, şücaət və fədakarlıq göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər  Nazirinin müvaiq əmrləri ilə «Qüsursuz Xidmətlərə görə» 1-ci, 2-ci və 3-cü  dərəcəli, «Silahlı Qüvvələrin yaranmasının» isə 10-iliyi və 90-iliyi  yubiley medalları ilə təltif edilib.

AD GÜNÜN MÜBARƏK OLSUN, FAİQ BƏY!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!

Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai  Birliyinin sədr müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: