ÖLDÜRÜRLƏR…

ELBARİZ Məmmədli

Öldürürlər!!!

Uşaqları, qadınları, qocaları qadağan olunmuş aviabombalarla kütləvi surətdə qətlə yetirirlər. Eynilə Xocalıda, Çeçenistanda, Suriyada, Gəncədə, Bərdədə öldürdükləri kimi. Qanlı Yanvarda əliyalın əhalini tankların tırtılları altında əzdikləri kimi.

Çünki onlar tarixdə heç kimə qarşı ədalətli müharibə aparmayıblar. Əxlaqın, insanlığın, mərdanəliyin nə olduğunu evlərində eşitməyib, yaşantılarında duymayıblar. Bunu ilk növbədə Kreml sevdalı şərəfsizlərimiz üçün deyirəm. Siz ki, bu şər maşınına belə bağlısınız gedin, qoşulun Ukraynada soyqırım törədən cəza dəstələrinə və sevginizi sübut edin. Onsuz da bütün varlığı ilə savaşa köklənmiş , qadasın aldığım ukraynalılar yolunuzu gözləyir. Şərəfsiz Kadırovun əzələ pəhləvanlarını gözlədiyi kimi…

Sonrası da ki, məlumdur. Ukrayna xalqı Vətən uğrunda mücadilə verir. Bütün insanlıq üçün bəlaya çevrilmiş cinayətkar Kreml xuntasını dayandırmaq missiyasını Tanrı bu xalqın çiyninə qoyub. Bir həftəyə 9 min hərbçisini və minlərlə döyüş texnikasını itirən Karlik ordusu vahimə içində qruplarla təslim olmaq yolunu tutub. Çünki aldanmış rus və etnik xalqların balaları allahsız bir oyuna atılıblar.

Mən, 1978-1980 ci illərdə Uzaq Şərq vilayətində Çinlə sərhəd zastavasının arxasında yerləşən piyada qoşunlarında xidmət etmişəm. Yəni, müharibə olarsa, ilk həmləni öz üzərinə götürən və bu baxımdan «smertniklər» kimi xarakterizə olunan bir hərbi hissədə.Hələ o illərdə Uzaq Şərq Hərbi Dairəsinin əsas hərbi hissələrindən olan hissəmizdə «dedovşina», sərxoşluq, narkomaniyaya meyl baş alıb gedirdi. İşgəncəyə dözməyib özünə qəsd edən əsgərlərin sayı onlarla idi. İndi həmin təlim — tərbiyənin yetirmələri Ukraynada nişangahların şikarına çevriliblər. Bacardıqları budur. Cinayətin məbədinə çevrilmiş Rusiyada ordunun varlığı budur. Amma bizim ağzıgöyçək deputat deyir ki, Qarabağı bizə ruslar qaytardılar. Bu dövlətin, xalqın , ordunun və dostlarımızın yenilməz xidmətini görməzdən gəlib, deyir. Neçə illərdi onu parlamentdə oturdan , qarnını çörəyə doyduran dövlət başçısının müharibə dövrü fəaliyyətini inkar edərək, deyir.

Və düşünürəm ki, bu cəsarət ona Kremldəki nökəri olduğu ağaları tərəfindən verilib. Fəqət, adamda gərək əxlaq və vicdan olsun ki, allahın altında doğrunu danışsın. Şərəfli Ukrayna xalqı bütün insanlıq üçün şərdən qurtuluş savaşı aparır. Mərdanə və qəhrəmancasına. Bu böyük ruhun qarşısında cılız və yaramaz təsir bağışlayan şimal donuzları neynirlər. Şərəfli döyüşdən yayınıb, yaşayış binalarını, uşaq evlərini, məktəbləri , doğum evi və ankoloji xəstəxananı vururlar. İndi hamıya aydın olurmu rasizm və neofaşizm Hitler faşizmindən daha amansız və təhlükəlidir.

Hərçənd ki, hitlerçilər lazaretləri vurmurdular. Kreml xuntası kimi illər uzunu dünyaya düşmənçilik toxumu səpmirdilər. Jirinovski, Zatulin, Popov, Solovyev, Skabeyava kimi murdarları özlərinin sözçüsü etmirdilər. Ukrayna dövlətinin rəsmi danışmanlarına baxın. Bu qədər xəyanətə rəğmən necə mədəni və siyasi ritorika sərgiləyirlər.

Karlikdən, Lukadan və nökərlərindən fərqli olaraq, dünyanı heyran qoyurlar. Ukrayna xalqı tarix yazır. Kökləndiyi ruh onu əbədi qələbəyə aparacaq. Kreml xuntasının vəziyyəti isə, hər gün ağırlaşmağa doğru gedir. Yaxın günlərdə ikinci cəbhə açılsa, bu İmperiyanın sonunu gətirəcək.

SLAVA UKRAİNE!!!

Bu xəbəri paylaşın: