AVMVİB Rəhbərliyi Vətən Müharibəsi Qəhrəmanını təltif etdi

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) üzvü, Vətən Müharibəsi Qəhrəmanı, Qazi Azər Rizvan oğlu Abdullazadə Xatirə medalıyla təltif olundu.


Qəhrəmanımızı AVMVİB İdarə Heyətinin qərarıyla təltif edən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev, qazi Azər Abdullazadəni təbrik edərək, tariximizin şanlı səhifələrində adlarını öz qəhrəmanlıqları ilə yazan döyüşçülərimizin bir xalqın qürur mənbəyi olduğunu qeyd etdi.

F. Rzaquliyev qeyd etdi ki, Azərbaycanın Silahlı Qüvvələri ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün döyüş əməliyyatlarını yüksək səviyyədə həyata keçirməklə mənfur düşməni diz çökdürdü, şanlı Zəfər qazandı və tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Ötən hər gün bizi Vətən müharibəsindən zaman etibarilə uzaqlaşdırsa da, hərbçilərimizin şücaəti, canı, qanı bahasına qazanılan bu qələbə hər bir azərbaycanlı üçün son dərəcə əziz və qiymətlidir. Bunları heç zaman unutmaq olmaz. Unudanlar bilin ki, bizdən olmayanlardır.


Sədr bildirdi ki, həm savaşda, həm də sonrakı günlərdə AVMVİB daim onların yanında oldu və bu addım davam etdirilir. Gənc döyüşçülərimizlə köhnə döyüşçülər kimi qürur duyuruq.


Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov və müharibə veteranları iştirak edirdilər.

Qazimizi təbrik edirik!


AVMVİB Mətbuat Xidməti

Bu xəbəri paylaşın: