«Biz hər evi, hər küçəni, hər şəhəri bərpa edəcəyik. Biz Rusiyaya deyirik: “reparasiya” və “kontribusiya” sözlərini öyrənin.
Dövlətimizə, hər bir ukraynalıya qarşı etdiyiniz hər şeyi, bizə geri ödəyəcəksiniz”, deyə o, videomüraciətində bildirib.

Rusiya Federasiyasının silahlı qüvvələri Ukraynada yaşayış məntəqələrini nəzarətə götürməkdə davam edir, Popovo, Novqorovka, Novomixailovka, Lyubimovka artıq nəzarətə götürülüb. Rusiya Federasiyasının Müdafiə Nazirliyi, həmçinin Rusiya ordusunun Xerson, Çistopolye, Novopoltavka, Jotneve, Balakleya və Çernobıl Atom Elektrik Stansiyasının ərazisindəki əraziləri tam nəzarətə götürdüyü bildirilir. Rus qoşunları artıq Kiyevə yaxın ərazilərdədir.
P.S. Bölgədə rus vandalizmi davam edir. Bir vaxtlar erməni-rus birlikləri eyni vəhşilikləri Qarabağda törətmişdilər…
Əli Nəsib Zərdabi




