Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Gəncə şəhər Kəpəz şöbəsi rəhbərliyi və üzvləri bir sıra görüşlər keçiriblər.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Gəncə şəhər Kəpəz şöbəsinin sədri Arzu Kərimov məlumat verib.
Arzu Kərimov bildirdi ki, Gəncə şəhər regional Qaz İdarəsinin direktoru Azay müəllim ilə görüş keçirildi. Azay müəllim, Qarabağ qazilərinə göstərdiyi humanist və qayğkeş münasibətlə bağlı, onun 44 günlük Vətən müharibəsi günlərində cəbhəyə göstərdiyi dəstəyə görə AVMVİB adından Fəxri Fərmanla təltif olundu. İdarənin gənc işçiləri və AVMVİB Gəncə şəhər Kəpəz şöbəsi üzvləri tədbirdə iştirak etdilər.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Gəncə şəhər Kəpəz şöbəsinin üzvləri Gəncə şəhər 26 saylı tam orta məktəb şagirdləri ilə görüş keçiriblər.
Görüşdə ilk sözü Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Gəncə şəhər Kəpəz şöbəsinin sədri Arzu Kərimov çıxış etdi.

Sonra məktəbin direktoru Səbail Nəsibova öz ürək sözlərini dedi.
AVMVİB üzvləri Azər Süleymanov, -ci və 2-ci Qarabağ müharibəsi iştirakçısı Adil, kəşfiyyatçı Səbuhi həmin məktəbin məzunu Vüqar Əhmədov haqqında danışdılar.

Şagirdlərin vətənə olan bağlılıqları daha da artmalı, dərslərini daha yaxşı oxumaları vətənə gələcəkdə vətən keşiyində durmalarını tövsiyyə etdilər.
Döyüşçülər keçdikləri döyüş yollarından bəhs edən və məktəblilərrin marağına səbəb olan çıxışlar etdilər.
Sonda tədbir iştirakçıları məktəbin direktoru ilə xatirə şəkli çəkdirdilər.
Fedai.az




