TƏBRİK: DADAŞOV FƏRƏC BALABƏY OĞLU — 55

     İnsan üçün ən yadda qalan günlərdən başlıcası onun həyata gəldiyi gündür. Ömürə bəzək olan ad günü hər il xüsusi ilə qeyd olunur . Belə insanlardan biri də  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Kürdəmir rayon şöbəsinin sədri  2-ci qrup müharibə əlili   Dadaşov  Fərəc  Balabəy oğludur. Mart ayının 6-da onun  55 yaşı tamam olur.

      Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev  2-ci qrup müharibə əlili  Dadaşov  Fərəc Balabəy oğlunu doğum günü münasibətilə  səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı,ailə səadəti  və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.

      Arzu edirik ki,  Fərəcin yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!

       Dadaşov Fərəc Balabəy oğlu 1967 -ci il mart ayının 6-da  Azərbaycan Respublikasının Kürdəmir rayonunun Bağman kəndində  ziyalı ailəsində dünyaya göz açıb.

          1982-ci ildə Kürdəmir rayonunun Bağman kənd orta məktəbin səkkizinci sinfini, 1984- ci ildə Kürdəmir rayonunun Karrar kənd orta məktəbini, 1991 -ci ildə isə  M.F.Axundov adına Azərbaycan Pedaqoji  Rus dili və Ədəbiyyatı  institutunu bitrib.

      1985 -1986 -ci illərdə Sovet ordusunun Almaniyada yerləşən hərbi hissəində müdddətli həqiqi hərbi xidmətdə olub.

       1991- ci ildə könüllü olaraq  özünü Müdafiyə batalyonuna və Milli Ordu sıralarına yazılaraq, 1991- 1993-cü illərdə  Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda  ( Ağdam və Lacın rayonları istiqamətində) gədən döyüşlərdə iştirak edib və  yaralanıb.

       Dadaşov Fərəc Balabəy oğlu  1996-cı ildən etibarən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Kürdəmir rayon şöbəsinin sədri vəzifəsini  məsuliyyət və şərəf hissi ilə yerınə yetirir. O, 1999- 2001 — ci illərdə Kürdəmir rayonunun Bağman kənd Bələdiyyəsinin sədri olub, 2002-ci  ildən etibarən isə Kürdəmir rayon İcra Hakimiyyətində  müvafiq vəzifələrdə işləyib.

      2-ci Qrup Müharibə əlili  Dadaşov Fərəc Balabəy oğlu 1996-cı ildən etibarən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Kürdəmir rayon şöbəsinin sədri vəzifəsini məsuliyyət və şərəf hissi ilə yerınə yetirir. O, 1999- 2001-ci illərdə Kürdəmir rayonunun Bağman kənd Bələdiyyəsinin sədri vəzifəsində olub, 2002-ci ildən etibarən isə Kürdəmir rayon İcra Hakimiyyətində müvafiq vəzifədə işləyir.

       Müstəqil Azərbaycan Ordusunun döyüş bölgələrində yerləşən hərbi hissələrində  xidmət etdiyi  illər ərzində, 1996-cı  ildən etibarən isə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Kürdəmir rayon şöbəsinin sədri vəzifəsini yerinə yetirərkən Azərbaycan Respublikasının  Konstitusiyasına və qanunlarına əməl etməkdə üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.

      Dadaşov Fərəc Balabəy oğlu Azərbaycan Ordusunun döyüş bölgələrində yerləşən hərbi hissələrində xidmət etdiyi, Kürdəmir rayon İcra Hakimiyyətində işlədiyi, 1996-cı ildən etibarən isə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Kürdəmir rayon şöbəsinin sədri vəzifəsini yerinə yetirdiyi illər ərzində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəldiyinə görə Azərbaycan Ordusunun Korpus və Hərbi Hissə Komandirinin,  Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısının  müvafiq əmrləri ilə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəyasət heyətinin isə müvafiq qərarları ilə pul mükafatları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırılıb, ona təşəkkür elan edilib,Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin  isə təsis etdiyi xatirə medalları ilə təltif edilib.

  ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN FƏRƏC BƏY!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai  Birliyinin sədr müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: