AVMVİB) Beyləqan rayon şöbəsi yeni üzvlərin qəbulunu davam etdirib

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsi yeni üzvlərin qəbulunu davam etdirib və yeni üzvlərə üzvlük vəsiqəsi verilib.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov məlumat verərək bildirdi ki, üzvlüklə bağlı müraciət edənlərin sayı günbəgün artmaqdadır.

Yeni üzvlərə AVMVİB haqqında məlumat verilib və onlara üzvlük vəsiqələri təqdim edilib.

Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov və şöbə sədrinin müavini Məmməd Məmmədov iştirak ediblər.

Elçin Qədirov
Qarabağ üzrə müxbir, Beyləqan

Bu xəbəri paylaşın: