TƏBRİK:SƏFƏRƏLİYEV YAŞAR MÜHƏDDİN OĞLU — 60

    Yüksək peşəkarlığı və humanistliyi, nəzəri və praktiki biliyi (təcrübəsi), işgüzarlığı və mənəvi keyfiyyəti, dəqiqliyi və təmkinliyi, sadəliyi və səmimiyyəti,  təcavüzkarlığı və vətənpərvərliyi , Bədən Tərbiyəsi və idman sahəsində qazandığı uğur və naliyətləri ilə seçilən ən məhsuldar dövrünün  22 — ildən çox şərəfli xidməti yolunu hərbi xidmətdə keçirən Müharibə Veteranı, SSRİ İdman Ustası, Ölkə, Dünya və SSRİ çempionu ehtiyatda olan polkovnik-leytenant  Səfərəliyev Yaşar Mühəddin oğlunun mart ayının 6-da 60 yaşı tamam olur.

       Azərbaycan Vətən Müharibəsi Veteranlari İctimai Birliyinin rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini  Müharibə Veteranı və SSRİ İdman Ustası  ehtiyatda olan polkovnik leytenant Səfərəliyev Yaşar Mühəddin oğlunu doğum günü munasbətilə səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti və həyat yollarinda bitib — tükənməyən nailiyyətlər arzulayır.

       Arzu edirik ki, Yaşar Səfərəliyevin yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!

     Səfərəliyev Yaşar Mühəddin oğlu  06.03 1962 -ci ildə Gürcüstan Respublikasının Abxaziya Muxtar Respublikasının Oçamçira şəhərində dünyaya göz açıb.

      1977-ci ildə  Bakı şəhərində 93 nömrəli tam orta məktəbi,1980-ci ildə Bədən tərbiyəsi və idman texnikomunu, 1990-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. O, Daxili Qoşunların Bas İdarəsində xidmət etdiyi illər ərzində eləcə də Azərbaycan yığma komandasının tərkibində  olduğu ilər ərzində bir çox təlimlərdə, metodiki təlim toplanışlarında,seminar və konfranslarda fəal iştirak edib.

     O, 1981- 1983-cü illərdə SSRİ Müdafiə Nazirliyinin Bakı və Moskva şəhərində yerləşən  Mərkəzi  Ordu İdman klubunda müddətlı həqiqi hərbi xidmətdə olub.

    Müharibə Veteranı ehtiyatda olan polkovnik- leytenant  Silahlı Qüvvələrdən ehtiyata buraxldıqdan sonra  2005 — 2011-ci illərdə Ataholdinq MMC Təhlükəsizlik Xidmətinin Baş Direktoru vəzifəsində olub. Hal- hazırda Yaşar Səfərəliyev  Bakı Beynəlxalq Avtovağzalın inzibati binasının təhlükəsizlik  xidmətinin  rəsi vəzifəsində  işləyir.

        Yaşar Səfərəliyev 1985 — 1991- ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Bakı şəhərində yerləşən Mühafizə Alayında və Diviziyasında əməliyyat  axtarış  üzrə müvafiq vəzifələrdə işləyib. 1992-1999-ci illərdə Daxili Qoşunların Baş İdarəsinin Döyüş Hazırlığı İdarəsində Fiziki hazırlıq və İdman rəisi ,2000- 2005-ci illərdə isə  Daxili Qoşunların Baş İdarəsinin Qərargahının döyüş hazırlığı şöbəsində fiziki hazırlıq və idman rəisi vəzifələrində Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət etmişdir .

      Ehjtiyatda olan Polkovnik-leytenant Səfərəliyev Yaşar Mühəddin oğlu Azərbaycan Respublikasının Ərazi bütövlüyü uğrunda (Ağdam və Füzuli rayonları istiqamətində ) gedən döyüşlərdə fəal  iştirak edib. Müharibə Veteranıdır.

       Müharibə Veteranı ehtiyatda olan polkovnik leytenant Yaşar Mühəddin oğlu Səfərəliyev Sambo (Cüdo) üzrə  17 — dəfə Ölkə çempionatının , 5-dəfə  SSRİ  çempionatının,3 — dəfə  Dünya və Avropa çempionatlarının qalibi və mükafatçısı olub. O, 2007- ci ildə Yunanıstanda  Sambo üzrə keçirilən  Dünya çempionatında 1 -ci yeri , 2010 — cü ildə isə  Cudo üzrə Moskvada şəhərində  güc strukturları arasında keçirilən yarışda 3-cü (üçüncü) yeri tutmuşdur.Yaşar Səfərəliyev  1996 -cı ildə Marofon qaçışı üzrə   Güc strukturları arasında Yünanstanda  keçirilən yarışda iştirak edən  DİN-in Daxili Qoşunların  komandasının   rəhbəri olmuşdur.

      Ehtiyatda olan polkovnik-leytenant Daxili Qoşunların Baş İdarəsinin Döyüş Hazırlığı İdarəsində və Qərargahında Fiziki hazırlıq və İdman rəisi vəzifəsində xidmət etdiyi illər ərzində fiziki hazırlıq üzrə müasir tələblərə uyğun  müvafiq təlimatların, əsasnamələrin, əmirlərin, metodiki vəsaitlərin hazırlanmasında,hərbi hissələrin və tədris mərkəzlərin isə lazımı idman avadanlıqları və idman əmlakları  ilə təchiz edilməsində xüsusi rolu olmuşdur.

      Güc strukturları və Daxili işlər orqanları arasında  bir çox idman növü üzrə hər il keçirilən yarışlarda Daxili Qoşunların Baş idarəsinin  yığma komandasınin  iştirakını təmin etmək üçün polkovnik leytenant Yaşar Səfərəliyev hazırladığı komanda dəfələrlə  birinci yerin qalibi olub,  müvafiq diplomlarla və kuboklarla təltif edilib.

       O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş  zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

     Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın,  hərbi nizamnamələrin və digər hüquqi- normativ aktların  tələblərinə, eləcədə vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş  xidməti  tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə  bir cox  hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.

        Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhərdə və yaşayış məntəqələrində, cəzaçəkmə müəssisələrində baş vermiş ixtşaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə də,  qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində,fövqaladə  vəziyyət zamanı hüquqi rejimin  təmin  olunmasında ,baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin olunmasında üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və  şərəf hissi ilə yerınə yetirmişdir.

      Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə görə döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi  xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubiley nişanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

      Döyüş hazırlığındakı əla göstəricilərə görə,təlimlərdə, xüsusi əməliyyatlarda, fiziki hazırlıq və   idman sahəsində,  döyüş xidmətində, döyüş növbəsində  xüsusi fəriqləndiyinə, fədakarlıq və şücaət göstərdiyinə görə SSRİ Ali Soveti ,Azərbaycan Respublikasının Prezidenti   adından «Qüsursuz xidmətlərə görə » 1ci, 2-ci və 3-cü dərəcəli,  «Silahlı Qüvvələrin yaranmasının» isə  70-iliyi  və  10-iliyi yubiley medalları ilə təltif edilib.

YÜBİLEY GÜNÜN MÜBARƏK OLSUN, YAŞAR BƏY!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!

Dərin hörmətlə: Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai  Birliyinin sədr müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: