İnsan üçün ən yadda qalan günlərdən başlıcası onun həyata gəldiyi gündür. Ömürə bəzək olan ad günü hər il xüsusi ilə qeyd olunur. Belə ınsanlardan biri də yüksək peşəkarlığı və humanistliyi, nəzəri və praktiki biliyi (təcürbəsi), işgüzarlığı və mənəvi keyfiyyəti, dəqiqliyi və təmkinliyi ,sadəliyi və səmimiyyəti, təcavüzkarlığı və vətənpərvərliyi, Bədən tərbiyəsində və idman sahəsində qazandığı uğur və naliyətləri ilə seçilən ömrünün ən məhsuldar dövrünün 21 ildən çox şərəfli xidmət yolunu hərbi xidmətdə keçirən Ölkə və Avropa çempionu, SSRİ İdman Ustası ehtiyatda olan polkovnik — leytenant Nəsibov İlqar Fariz oğlunun mart ayının 6 da 50 yaşı tamam olur.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev ehtiyatda olan polkovnik leytenant Nəsibov İlqar Fariz oğlunu doğum günü munasbətilə səmimi qəlbdən təbrik edir ona həyatda insan üçün ən şirin neymət olan möhkəm can sağlığı, ailə səadəti və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.
Arzu edirik ki, İlqar Nəsibovun yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin !
Polkovnik leytenant Nəsibov İlqar Fariz oğlu 06 mart 1972- ci ildə Azərbaycan Respublikasının Ağstafa rayonunun Həsənsu kəndində ziyalı ailəsində anadan olub.
1988- ci ildə Nərimanov rayonunun 212 saylı tam orta məktəbini, 1994- cü ildə isə Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və Din-in İdman cəmiyyətində keçirilən bir çox metodiki -təlim toplanışlarda, təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.
«Hərbi Xidmətikeçmə Haqqında» Əsasnamənin müvafiq madəsinə əsasən 1993 -cü ildə Müdafiə Nazirinin əmri ilə Nəsibov İlqar Fariz oğluna ilkin leytenant hərbi rütbəsi verilib.
İlqar Fariz oğlu Nəsibov 1994- 2015 -ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Sumqayıt şəhərində, Füzuli, Xaçmaz rayonlarında ( Yalama qəsəbəsində) yerləşən hərbi hissələrində hərbi hisənin Fiziki hazırlıq və İdman rəisi, Xəzər rayonunda yerləşən Ali hərbi Məktəbdə Fiziki hazırlıq və idman kafedrasının rəis müavini və rəisi ,Daxili Qoşunların Baş idarəsinin Qərgahında isə Kəşfiyyat şöbəsinin baş zabiti vəzifələrində Vətənə, Dövlətə və xalqa sədaqətlə xidmət edib.
Nəsibov İlqar Fariz oğlu 1976- 1994-cü ilərdə DİN-in (Dinamo) idman cəmiyyətində yunan roma güləşi üzrə məşğul olub. O, 4 dəfə Ölkə, 5 dəfə SSRİ, 1 dəfə Avropa , 3 dəfə Beynəlxalq, dəfələrlə isə Daxili İşlər Nazirliyinin və Daxili Qosunlar Baş idarəsinin təşkil etdiyi yarışların qalibi və mükafatçısı olub.

O, DİN- in (Dinamo) idman cəmiyyətində idmanla məşğul olduğu illərdə Azərbaycan və SSRİ, Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində xidmət etdiyi illər ərzində isə DİN -in və Daxili Qoşunların Bas İdarəsinin yığma komandalarının tərkibində olub.
Daxili İşlər Orqanları və Daxili Qoşunların Bas İdarəsinin hərbi hissələri və əlahiddə bölmələri arasında bir çox idman üzrə hər il keçirilən yarışlarda DQBİ-nin və xidmət etdiyi hərbi hissənin yığma komandasınin iştirakını təmin etmək üçün polkovnik- leytenant Nəsibov İlqar Fariz oğlu hazırladığı komanda dəfələrlə birinci yerin qalibi və mükafatçısı olub.
O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan RespublikasınınKonstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andin, hərbi nizamələrin və digər hüquqi- normativ aktların tələblərinə, eləcdə vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir cox hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.
Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhərdə və yaşayış məntəqələrində, cəzaçəkmə müəssisələrində baş vermiş ixtşaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə də, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində,fövqaladə vəziyyət zamanı hüquqi rejimin təmin olunmasında ,baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin olunmasında üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.

Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə görə döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Ali hərbi məktəb rəisinin , hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubiley nişanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Döyüş hazırlığındakı əla göstəricilərə görə, təlimlərdə, xüsusi əməliyyatlarda, döyüş xidmətində və döyüş növbəsində xüsusi fəriqləndiyinə görə şücaət və fədakarlıq göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə «Qüsursuz Xidmətlərə Görə » 1-ci ,2-ci və 3-cü dərəcəli, «Silahlı Qüvvələrin yaranmasının» isə 10-iliyi , 90-illiyi və 95-iliyi yubley medallarl ilə təltif olunub.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, İLQAR BƏY!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
Dərin hörmətlə: Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev






