«(S)arsaxpress» agentliyi xəbər verir ki, şənbə günü Qarabağda Rusiyanın separatçı «Donetsk və Luqansk Xalq oyuncaqlarını» tanımasına dəstək aksiyası keçirilib.
Tədbir “Ədalət” partiyasının gənclər qanadı tərəfindən Xankəndi şəhərinin girişində “Biz və dağlarımız” abidəsinin yanında təşkil olunub.
Aksiya zamanı partiyanın gənclər qanadının lideri Arşak Abramyan Rusiyanın «DXR» və «LXR-nin» müstəqilliyini tanımasını alqışlayıb, eyni gələcəyin onları da gözlədiyinə ümid etdiyini bildirib.
«(S)arsax üç müharibədə onu «qəhrəmancasına» müdafiə edərək öz torpağında müstəqil yaşamaq hüququnu təsdiqləyib. Biz Rusiya Federasiyasının xarici siyasətini alqışlayırıq, Qərbin Rusiyaya qarşı mövqeyini, xüsusən də tətbiq edilən bütün sanksiyaları qəbul etmirik, eləcə də Ukrayna hakimiyyətinin köməyi ilə NATO-nun Rusiya Federasiyasının sərhədlərinə qədər daha da genişləndirilməsini pisləyirik”, — deyə Abrahamyan bildirib.
“Ədalət” partiyasının ofisinin məlumatına görə, “Sasna Tsrer» qruplaşmasının təxribatçıları bu gün Xankəndidə «LXR» və «DXR»-nin müstəqilliyinə dəstək aksiyasını pozmağa cəhd ediblər”.
Elnur Səlim

