Ermənilər NATO-çu Qərbə qarşı döyüşməyə hazırdır — Xaçik Asryan

«Армянские Орлы. Единая Армения»”nın (Erməni «xoruzları») lideri, eyniadlı könüllü dəstənin komandiri, polkovnik Xaçik Asryan açıqlama verib.


“2020-ci ilin 44 günlük (S)arsax-Azərbaycan müharibəsində bilavasitə iştirak edən bu könüllü dəstə Xocavənd (Martuni) 2-ci alayı ilə birlikdə və canları bahasına Martuni və Çartar şəhərlərini və qonşu kəndləri qoruyublar.

Fevralın 24-dən Donbasa getməyə hazırdırlar və Ermənistanın xarici təhlükəsizliyinin yeganə təminatçısı olan Ermənistanın və onun yeganə təbii strateji müttəfiqi olan Rusiyanın silahlı qüvvələrinin tərkibində, 44 günlük müharibə zamanı Ermənistanın və (S)arsaxın düşməni olan Azərbaycana hərbi, iqtisadi və mənəvi dəstək verən Qərb və NATO-ya, eləcə də Ukraynanın faşist hakimiyyətlərinə qarşı mübarizə aparmaq, Donbas və Ukrayna vətəndaşlarını, əhalisini qorumaq üçün döyüşməyə hazırıq”.


Atmaca: Evin yıxılsın ay NATO, gör üstünə kim gəlir!!!

Bu xəbəri paylaşın: