Rusiya itkilərin gizləmək üçün tədbirlər görür

Rusiya Müdafiə Nazirliyi hərbçilərinin kütləvi məzarlıqlarda, xüsusən də Belarus ərazisində qardaşlıq mzarlarında dəfn edilməsi barədə göstəriş verib.

Rusiya müdafiə nazirinin müavini Aleksey Krivoruçkonun imzaladığı məxfi sənəd, Şimal Operativ Komandanlığı tərəfindən FB-də dərc olunub.

Sənəd “Xüsusi xidmət orqanlarının nəzarətində olan “Özününkünü axtar” Teleqram kanalı vasitəsilə Rusiya Federasiyası Silahlı Qüvvələrinin itkiləri barədə Ukrayna tərəfdən məlumatın yayılmasına qarşı mübarizə məqsədi ilə yaradılıb.

Sənəddə deyilir: «Tələb edirəm:

2022-ci il martın 1-dən Rusiya Federasiyası Silahlı Qüvvələrinin həlak olmuş hərbi qulluqçularının cəsədlərinin daimi dislokasiya məntəqələrinə gizli aparılmasını (gecə) və kütləvi məzarlıqda (o cümlədən Belarusiya Respublikasında) nömrənin təyin edilməsi ilə basdırılmasını təmin etsin. 2022-ci il martın 1-dən meyitlərin təxliyyəsini həyata keçirmək mümkün olmadıqda, onların yerindəcə məhv edilməsi tədbirləri görülsün.

Ukrayna Daxili İşlər Nazirliyi 200rf.com (“Özününkünü axtar”) saytını işə salıb, orada ölənlərin və əsir götürülən işğalçıların qohumlarının onları tapa bilməsi üçün onların fotoşəkilləri və sənədləri dərc olunurdu. Rusiyada bu sayt bağlandı, lakin ruslar eyni adlı Teleqram kanalı vasitəsilə öz qohumlarını axtara bildilər.

Xatırladaq ki, dekabrın sonunda Rusiyada müharibə və ya fövqəladə hallar zamanı kütləvi məzarların sürətli təşkili üçün təlimatlarla bağlı milli standart yaradılmışdır.

Mənbə: Ukrainskaya Pravda

Bu xəbəri paylaşın: