Zelenski Ukraynadan QAÇIRILIR – “Dəniz pişikləri” əməliyyata BAŞLADI

SAS-dan (Britaniya Xüsusi Hava Xidməti) 70-dən çox yaraqlısı və Amerikanın elit xüsusi təyinatlı “dəniz pişikləri”nin 150 hərbçisi Ukrayna prezidenti Vladimir Zelenskini Kiyevdən təxliyə etməyə hazırlaşır.

Bu barədə “The Sun” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, Zelenskinin özü xahiş etsə, evakuasiya gecə saatlarında baş verə bilər.

Hələlik Litvadakı hərbi bazada Ukraynadan gələn hərbçilərlə birlikdə xüsusi təyinatlılar da təlim keçir. Eyni zamanda, qəzet Ukrayna liderinin hansı ölkəyə təxliyə oluna biləcəyini dəqiq göstərməyib.

Bundan əvvəl Zelenski təxliyəsi ilə bağlı məlumatı təkzib edib və videomüraciətində Kiyevdə olduğunu və heç yerə getmədiyini bildirib.

Mənbə: Lent.az

Bu xəbəri paylaşın: