Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi və AVMVİB-nin sədr müavini polkovnik Salman Musayev Müharibə Veteranı ehtiyatda olan Kapitan Vahidov Zaur Əlsafa oğlunu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.
Arzu edirik ki, Zaur Vahidovun yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!
Müharibə Veteranı ehtiyatda kapitan Vahidov Zaur Əlsafa oğlu 07. 03.1968-cü ildə Şirvan (Əlibayramlı ) şəhərində anadan olub.
1985-ci ildə Şirvan (Əlbayramlı) şəhərində orta məktəbi, 1997- ci ildə Şirvan (Əlbayramlı) şəhər Sənaye Texnikomunu, 1998-ci ildə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Xəzər rayonunda yerləşən hərbi məktəbdə zabitlərin hazırlığı kursunu bitrib. Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində keçirilən bir çox metodiki -təlim toplanışlarda,təlimlərdə, seminar və konfranslarda iştirak edib. Zaur Vahidov hərbi təcürbə mübadiləsi əldə etmək üçün Türkiyəyə Cümhuriyyətinin Jandarma Qüvvələrinin Ankara, İstanbul və Izmir şəhərlərində yerləşən hərbi hissələrində və hərbı məktəblərində işgüzar səfərdə olmuşdur.
1986- 1988- ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Permski şəhərində yerləşən hərbi hissədə müdddətli həqiqi hərbi xidmətdə olub.

1988-1992-ci illərdə Şirvan (Əlbayramlı) şəhərində yerləşən Cihazqayırma zavodunda müvafiq vəzifələrdə işləyib.
1992- 2012 -ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında Baş Daxili Qoşunların Baş İdarəsinin Şirvan (Əlbayramlı), Lənkəran şəhərlərində və Hacqabul rayonunda yerləşən Əməliyyat və Tədris hərbi hissələrində taqım komandiri, böluk komandirinin müavini və böluk komandiri vəzifələrində Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.
O, Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində Azerbaycanın Ərazi bütövlüyü uğrunda ( Ağdam və Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə iştirak edib. Müharibə veteranıdır.

Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə görə döyüş və ictimai siyası hazırlığında ,hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və hərbi hissə komandirinin müvafiq əmrləri ilə, Qüsursuz xidmətlərə görə 1ci, 2-ci və 3-cü dərəcəli, Silahlı Qüvvələrin yaranmasının 10 illiyi və 90 iliyi yubiley medalları ilə, əla xidmətlərə görə döş və yubiley nişanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, ZAUR BƏY!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
DAİMA XOŞƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev




