Üç min amerikalı veteran Ukrayna uğrunda döyüşəcək

3000 amerikalı könüllü Ukraynanın Rusiyanın işğalçı qüvvələrinə qarşı kömək edəcək beynəlxalq batalyona qoşulmaq çağırışına cavab verdi.


«Amerikanın Səsi», Ukraynanın Vaşinqtondakı səfirliyinin nümayəndəsinə istinadən bu məlumatı verib.


Onlar rus işğalçı Rusiya qüvvələrinə müqavimət göstərəcəklər.


Döyüşmək üçün gəlmiş könüllülər əsasən Gürcüstan və Belarus kimi postsovet ölkələrindən çıxmış ABŞ sakinləridir.

Ukraynada döyüşməyi arzu edənlər arasında İraq, Bosniya və digər qaynar nöqtələrdə döyüşmüş amerikalılar da var.


Prezident Vladimir Zelenski yeni bölmənin — Ukraynanın Beynəlxalq Ərazi Müdafiəsi Legionunun yaradılmasını elan edib və bu birlik ukraynalılarla birlikdə rus işğalçılarını dəf etməyə hazır olan əcnəbilərdən ibarət olacaq.


Ukrayna Beynəlxalq Müdafiə Legionuna qoşulmaq istəyən xarici ölkələrin vətəndaşları üçün bütün lazımi məlumatları özündə əks etdirən internet saytı fəaliyyətə başlayıb.

Bu xəbəri paylaşın: