Putin məmurların qeyri-qanuni vəsaitlərinin müsadirə edilməsi və pedofillər haqqında fərman imzalayıb

Rusiya prezidenti Vladimir Putin məmurların bank hesablarından daxilolmaların məbləği 3 il ərzində gəlirdən çox olduğu halda pulların tutulması haqqında qanun imzalayıb.

Bazar günü, martın 6-da bu barədə RİA Novosti məlumat yayıb.

Bu qanuna əsasən, dövlət qulluqçularının, habelə onların ailə üzvlərinin, o cümlədən azyaşlı uşaqlarının bank hesabları prokurorluq orqanları tərəfindən yoxlanılacaq. Onlardan əldə edilən gəlirin məmurun və onun qohumlarının üç il ərzində ümumi gəlirindən 10 min rubldan çox olduğu üzə çıxarsa, bu vəsaitlərin məcburi şəkildə büdcəyə köçürülməsi üçün məhkəmə qarşısında iddia qaldırılacaq.

Pul itirməmək üçün məmur hesabda görünməsinin qanuniliyini sübut etməli olacaq. Məlumatların yoxlanılması zamanı prokurorlar vəzifəli şəxsin özü ilə danışa, habelə dövlət orqanlarına, banklara, kredit təşkilatlarına və daşınmaz əmlakın qeydiyyatını aparan idarələrə sorğular göndərə biləcəklər.

Bundan əvvəl Putinin pedofillər və onların əlaltılarının cəzasının sərtləşdirilməsi haqqında qanunu imzaladığı bildirilirdi.

Bu xəbəri paylaşın: