Rusiya Ukraynada atəşkəs elan etdi, Mariupol bombalandı

Rusiya çərşənbə günü Moskva vaxtı ilə saat 10.00-dan etibarən Ukraynada “sükut rejimini” elan edib

Bu barədə Humanitar Qərargahdan bildirib.

Həmçinin, qeyd olunub ki, Rusiya tərəfi Ukraynanın bir sıra şəhərlərindən, o cümlədən Kiyevdən humanitar dəhlizlər təşkil etməyə hazırdır.

Lakin əməliyyatlar dayanmayıb. Mariupolun bombalanması davam edir.

 Mariupolun Mira prospekti ilə Torqovaya küçəsinin kəsişməsi bombalanıb.

Bu barədə “Azov” alayı məlumat yayıb.

“Yenilənmiş məlumata görə, bombalar Qırmızı Xaç Cəmiyyətinin binasının yaxınlığına düşüb. Bu, terror və bütün beynəlxalq təşkilatlar üçün hədə-qorxu aktıdır. Yaşayış binaları və ticarət mərkəzi dağıdılıb!”, — deyə məlumatda bildirlib.

Bu xəbəri paylaşın: