12 Mart -DİN- in Daxili Qoşunlarının yaradılmasının 30 illik yubleyini xalqımız böyük qürür hissi ilə qeyd edir.
Bu gün bütün vətəndaşlarmızın, xususisən müstəqil ordu quruculuğu yükünü çiyinlərində daşıyan Daxili Qoşunların bütün hərbi qulluqçularının bayramıdı. Bu bir həqiqətdir ki,qüdrətli Silahlı Qüvvələri Olan dövlət həmişə qalib olubdur. Hər bir xalqın canı, qanı bahasına əldə etdiyi müstəqilliyinin daim və dönməz olacağına təminat yaradan yeganə qüvvə yüksək nizam- intizama və döyüş üstünlüyü malik Silahlı Qüvvələrinin olmasıdır. Bu baxımdan Daxili İşlər Nazirliyinin Daxili Qoşunları möhkəm təməl üzərində qurulan ilk qoşun birləşməsi olubdur.
Yenicə əldə etdiyimiz müstəqilliyimizi təhlükələrlə üzbəüz qoyan Qarabağ uğrunda savaşlarda Daxili Qoşunlarında həyatında dərin iz qoymuşdur. Bütün dərəcəli hərbi qulluaçuları bu qanlı müharibənin canlı şahidi olmuş və neçı — neçə uğurlara imza atmışlar.
1994-cü ilin yanvar ayının 9-da Fizuli rayonunun Horadiz qəsəbəsinin və ətraf 12 yaşayış məntəqəsinin azad edilməsində şəxsi heyət xüsusi qəhramanlıq göstərmişdir. Bütün bunlara rəğmən 1994 -cü ilin aprel ayının 24-də Prezdent Aparatında keçirilən müzakirə zamanı Ümummilli lider Heydər Əliyev Daxili Qoşunların fəaliyyətinə yüksək dəyər verərək: » Daxili Qoşunların» əsasən cəhbə bölgəsində olan hissəsinin xidmətinin xüsusi qeyd etmək istəyirəm. Bu gün onlara hörmət ve ehtiramımı bildirmək istəyirəm. Onlar orada böyük işlər görürlər. Azərbaycanın torpaqlarının qəhramancasına müdafiə edirlər. Belə döyüşçülər hər
birimizi sevindirir və böyük hörmət hissi doğurur.
Azərbaycan Respubilkasının Prezidentinin 9 mart 1995-ci il 297 saylı Fərmanı ilə erməni işğalçılarına qarşı döyüşlər başladığı gün -12 mart Azərbaycan Respubilkası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar günü elan olunub.
Daxili İşlər Nazirliyinin Daxili Qoşunları yarandığı gündən şərəfli bir xidmət yolu kecən, respublikanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət və qəhrəmanlıqlar göstərmiş Daxili Qoşunlar ümumi lider Heydər Əliyevin xüsusi diqqət və qayğısı ilə formalaşmış, inkişaf etmiş, yüksək döyüş hazırlığı olan peşəkar mobil bir quruma çevrilmişdir. Daxılı Qoşunların şəxsi heyətinin dövlətə, dövlətciliyə sədaqətlə xidmətini dəfələrlə yüksək qiymətləndirən ulu öndər hərbi qulluqçuların sosial təminatının
yaxşılaşdırılması üçün sərancamlar imzalamış, onları ən ali mükafatlarla təltif etmişdir.
Heydər Əliyevin ideyalarını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezıdenti, Silahlı Qüvvələrin Baş Komandanı İlham Əliyevin əvəzsiz diqqəti sayəsində ötən illər ərzində Daxili Qoşunların maddi -texniki və sosial bazası, kazarma -yaşayış fondu yaxşılaşdırılmış, müasir silah, texnika, xüsusi vasitələr və rabitə sistemləri ilə təçhiz olunmuşdur.
Azərbaycan Respublikasında ictimai təhlükəsizliyin qorunmasında, silahlı cinayətkarın zərərsizləşdirilməsində, bütövlükdə qarşıya qoyulmuş xidməti — döyüş tapşırıqlarını qətiyyətlə və müvəffəqiyyətlə yerinə yetirən Daxili Qoşunların keçdiyi döyüş yolu hərbi tarixmizdə qızıl həriflərlə yazlıb. Birinci Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Daxılı Qoşunların 680 hərbi qulluqçusu şəhid olmuş, 1177 yarlanmış, 5 nəfər itkin düşmüş, 9 nəfəri isə «Azərbaycanın Milli Qəhrəmanı» adına layiq görülmüşdür. Onlardan polkovnik Sahil Məmmədov (Azərbaycanın Mıllı Qəhrəmanı) sagdır.
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan — əks hücum əməliyyatlarında fəal iştirak edən Qoşunların hərbiçiləri Murov zirvəsinin, Hadrut qəsəbəsinin, Şuşa şəhərinin Cabrayıl, Füzuli və Xocavənd rayonlarının işğaldan azad olumasında mərdlik, igidlik və qəhrəmanlıq göstərmişdir. Döyüşlərdə Daxili Qoşunların 66 hərbi qulluqçusu şəhid olmuş 346 nəfəri isə yaralnmışdır. Daxili Qoşunların Vətən müharibəsində döyüş tapşırıqları yerinə yetirən 1377 hərbicisi yüksək dövlət təltiflərinə, o cümlədən 1- i ölumündən olmaqla 4 nəfər «Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüşdür.
Daxili İşlər Nazirliyinin Daxli Qoşunların 30 illik xidməti yolu və son dövrün hadisələri sübut etdi ki, Daxili Qoşunlar həmişə xalqın əmin — amanlığının, asayişin subut durumunun sadiq keşikciləri olaraq qarşısında duran dövlət əhmiyyətli mürəkkəb xidməti -döyüş tapşırıqlarının öhtəsindən gəlməyə hər an hazırdır.
Xalqa, dövlətə sədaqətlə xidmət edən !Daxili Qoşunların hərbi qulluqçuları bu gündə polis orqanlarının əməkdaşları birgə işğaldan azad olnmuş torpaqlarımızda asayişin,sabitliyin qorunması istiqamətində qarşıya qoyulmuş tapşırıqları uğurla icra edir, ərazi bütövlüyümüzü uğrunda şəhidlik, zirvəsinə ucalan hərbi qulluqçularmızın yarım qalmış missiyasını layiqincə yerinə yetirirlər.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi, Azərbaycan Vətən müharibəsi Veteranlari İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev və Avmvib-nin Nərmanov rayon şöbəsinin üzvü Müharibə Veteranı ehtiyatda olan mayor Mərdan Hüseyinli DİN-in Daxili Qoşunlarının yaranmasının 30 illik yubleyi münasibətilə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev başda olmaqla Daxili İşlər Naziri general polkovnik Vilayət Eyvazovu, Daxili İşlər Nazirinin müavini- Daxili Qoşunlar Komandanı general leytenant Şahin Məmmədovu, Daxili Qoşunların ehtiyatda və istefada olan hərbi vəzifəlilərini, hal- hazırda Vətənə və dövlətçiliymizə xidmətini şərəflə davam etdirən bütün şəxsi heyətini, eləcə də müharibə veteranlarını, şəhid olmuş hərbi qulluqçularmızın və veternlarmızın ailə üzüvlərini- «Daxili Qoşunlar Günü» münasibətilə səmimi qəlbdən təbrik edir, onlara həyatda möhkəm cansağlığı, mühhim dövlət əhəmiyyətli xidmətlərində yenilməzlik, uğurlu nəticələr ,arzulayırıq.
PEŞƏ BAYRAMINIZ MÜBARƏK OLSUN!..

Salman Musayev
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədr müavini polkovnik