Rusiya öz döyüşçülərini Ermənistandan Ukraynaya köçürmək istəyir

Rusiya öz döyüşçülərini Ermənistandan Ukraynaya köçürmək istəyir, getdikcə daha çox hərbçi döyüşməkdən imtina edir.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirir ki, Rusiya hərbçilərinin bir hissəsi Ukrayna ərazisində döyüş əməliyyatlarında iştirakdan imtina edir, Rusiya Federasiyasının hərbi rəhbərliyi isə bəzi hissələri Ermənistandan Ukraynaya köçürməyi planlaşdırır.

Bunu 18.03.2022-ci il, cümə günü saat 18.00-da Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının əməliyyat məlumatı kimi yayıb.

“Döyüş əməliyyatlarında iştirak edən ayrı-ayrı hissələrin döyüş qabiliyyətini bərpa etmək cəhdlərini davam etdirən Rusiya Federasiyasının hərbi rəhbərliyi Ermənistandakı 102-ci Rusiya hərbi bazasından bəzi hərbi hissələrin Ukrayna ərazisinə köçürülməsini planlaşdırır.

Rusiya Federasiyasının ayrı-ayrı hərbçilərinin hərbi əməliyyatlarda iştirakdan imtina etməsi faktları təsdiqlənir ki, bu da müdafiə qüvvələri ilə toqquşmalardan sonra rus işğalçılarının mənəvi-psixoloji durumunun aşağı səviyyədə olması ilə bağlıdır.

Belə ki, Cənub Hərbi Dairəsinin 8-ci Əlahiddə Ümumqoşun Ordusunun 20-ci motoatıcı diviziyasının daimi dislokasiya nöqtəsində 130-a yaxın hərbçi döyüş əməliyyatlarında iştirakdan imtina edib.

Düşmənin şəxsi heyəti ruhdan düşüb, intihar, özünə qəsd etmə halları çoxalıb.

Baş Qərargahın məlumatına görə, işğal olunmuş Krımın Cankoy şəhərində ümumi təhsil müəssisələrində təhsil dayandırılıb — məktəblərdən Rusiya Silahlı Qüvvələrinin şəhərə gələn hərbi qulluqçularının yerləşdirilməsi üçün istifadə olunur.

Çerniqov vilayətində rus işğalçıları dinc əhalinin müqavimətini yatırmaq üçün yerli sakinləri qorxudurlar.

Eyni zamanda, hökumətyönlü Rusiya KİV-ləri Rusiya Federasiyasının Ukrayna ərazisinə silahlı təcavüzü barədə yalan məlumat yaymaqda davam edir, deyə Baş Qərargah qeyd edib.

Mənbə: Ukrainskaya pravda

Bu xəbəri paylaşın: