Rusiyada əhalinin hansı hissəsinin Moskvanın uydurma səbəblə Ukraynaya qarşı açdığı müharibəni dəstəklədiyini öyrənmək üçün sosial sorğu keçirilib.
“Azadlıq” radiosunun rusca yayımlanan internet nəşri bu rəy sorğusunun nəticələrini təsvir edən material dərc edib.
Dərc olunmuş materiallardan belə çıxır ki, “… Rusiya əhalisinin demək olar ki, dörddə üçü Ukrayna ilə müharibəni dəstəkləyir və Putinin bu qərarına qürur, sevinc, hörmət, inam və ümidlə yanaşır”.
Sorğu bir həftə yarımlıq fasilə ilə iki mərhələdə aparılıb. Birinci və ikinci sorğular arasındakı fərqlər “hərbi əməliyyatı” və qondarma “DXR” və “LPR”in müstəqilliyini dəstəkləyənlərin sayının artdığını göstərir. Eyni zamanda, Qərb dövlətlərinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalarla bağlı şəxsi maliyyə durumu ilə bağlı da bədbinlik artır.
Mənbə: Qafqaz.media
