Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri Ombudsman Aparatına ukraynalılardan rus hərbçilərinin cinsi istismarı ilə bağlı şikayətlər daxil olur.
Bunu Ombudsman Aparatının Lyudmila Denisova “Ukrayinskaya Pravda”nın sorğusuna cavabında deyib.
“Rusiyanın Ukraynaya qarşı silahlı təcavüzü başlayandan Müvəkkilin qaynar xəttinə Rusiya Federasiyasının hərbçiləri tərəfindən, o cümlədən cinsi azadlıq və şəxsi toxunulmazlığa qarşı törədilmiş zorakılıq xarakterli cinayətlər barədə məlumatlar daxil olub”.
Denisova bu məlumatı gələcəkdə hüquq-mühafizə orqanlarının əməkdaşlarına çatdıracaqlarını bildirib.
Sosial şəbəkələrdə müharibə başlayandan bəri, Ukrayna şəhərlərini zəbt edən işğalçıların zorlamaları barədə məlumatlar yayılır.
Bundan başqa, Nikolayev Vilayət Dövlət Administrasiyasının rəhbəri Vitali Kim Rusiya müxalifətinin lideri Aleksey Navalnının nümayəndələri ilə söhbəti zamanı ruslar tərəfindən zorlanmalardan danışıb.
Ukraynanın rəsmi departamentlərində rusların bu cür cinayətləri barədə hələlik rəsmi məlumat yoxdur. Amma Xerson işğalının ilk günlərində yerli mediada ukraynalı qadınların onlarla şikayəti olub.
