Miricanyan: Ermənistan xarici işlər naziri bəyan etməlidir ki, (S)artsax heç vaxt Azərbaycanın bir hissəsi olmayacaq

Burada oturan düşmən də, sərhədin o tayındakı düşmən də başa düşməlidir ki, Ermənistanla ultimatum dilində danışmaq olmaz.

Bunu martın 17-də Ermənistan Xarici İşlər Nazirliyinin binası yaxınlığında Daşnaksütyun və Ermənistan Respublika Partiyasının gənclər strukturlarının etiraz aksiyası zamanı “Mənim şərəfim var” blokundan deputat Hayk Miricanyan deyib.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Antalyada Ermənistan xalqının Türkiyə ilə münasibətləri normallaşdırmaq istədiyi barədə bəyanatına toxunan Mamicanyan deyib: “Ararat Mizroyanın sözləri yalandır. Ən nüfuzlu sorğulara görə, Ermənistan vətəndaşlarının cəmi 5-10%-i Türkiyəni əlaqələr qurmağa dəyərli hesab edir”.

O, bildirib ki, onların təşəbbüsü ilə keçirilən dinləmələr bazar ertəsi gününə təyin edilib və bu dinləmələr Xarici İşlər Naziri və Baş Naziri Milli Məclisə daim yazılı hesabatlar təqdim etməyə, lazım gələrsə, danışıqlarda təmsil olunmaq üçün Milli Məclisə gətirilməyə məcbur edəcək.

“Ararat Mirzoyan iki suala cavab verməlidir. Birincisi, (S)artsaxın heç vaxt Azərbaycanın bir hissəsi olmayacağını açıq şəkildə bəyan etmək. İkincisi, o, bəyan etməyə borcludur ki, ölkəmizin xarici siyasətinin özəyini Şuşanın, Hadrutun, Martakertin, Martuninin və vətənimizin hazırda Azərbaycanın «nəzarətində» olan bütün hissələrinin işğal altında olması təşkil edir”, — deyə müxalifətçi dəyərsiz fikirlərinə yekun vurub.

P.S. Azərbaycanda artsax adlı ərazi yoxdur. Ermənilər bu adı yaxşı olar ki, 99 illiyə icarə götürdükləri İrəvanda bir küçəyə verib təsəlli tapsınlar. O zaman dediklərinə əməl edə bilərlər.

Mənbə: News.am

Bu xəbəri paylaşın: