“QHT ziyarətləri” layihəsi başladı

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “QHT ziyarətləri” layihəsinə start verdi.


Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “QHT ziyarətləri” adlı yeni layihənin icrasına başlayıb.


Məqsəd qeyri-hökumət təşkilatlarını və imkanlarını daha yaxından öyrənmək, həmin qurumların işçi heyəti və fəalları ilə görüşmək, həyata keçirdikləri layihə və proqramları yerində nəzərdən keçirmək, habelə onları qayğılandıran məsələləri və vətəndaş cəmiyyətinin gələcək inkişaf prespektivlərini birgə müzakirə etməkdir.

Layihənin qısa müddətdə həm paytaxt, həm də regionlarda fəaliyyət göstərən QHT-ləri əhatə etməsi nəzərdə tutulur.


Layihə çərçivəsində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinə (AVMVİB) ziyarət təşkil olunub.


Qonaqlara 86 mindən çox üzvü olan təşkilatın fəaliyyəti barədə geniş məlumat verilib və onları mərkəzi aparatın iş şəraiti ilə tanış ediblər. İctimai Birliyin sədri Füzuli Rzaquliyev və qurumun digər rəhbər heyəti veteranları qayğılandıran bir sıra məsələlər barədə fikirlərini bölüşərək konkret təkliflər səsləndirirblər.

Bizimlə söhbətdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev, bu ziyarəti yüksək qiymətləndirdi və Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyevin bu sahədə fəaliyyəti nəticəsində müsbət irəliləyişlər olacağına inandığını bildirdi.


Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, qeyri-hökumət təşkilatlarının inkişafı, dövlət və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlərə dair qeyri-hökumət təşkilatlarının irəli sürdükləri təşəbbüslərin qiymətləndirilməsi baxımınndan belə səfərlərin əhəmiyyətini qeyd edib.

Daha öncə isə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “QHT ziyarətləri” layihəsi çərçivəsində Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti, Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyi ziyarət edilib.

Fedai.az

Bu xəbəri paylaşın: