Təhsil işçiləri təltif olunub

Kəlbəcər rayon ümumtəhsil məktəblərində çalışan bir qrup məktəb direktoru səmərəli fəaliyyətinə görə təltif edilib.

Təltifetmə mərasimində Kəlbəcər rayon təhsiı şöbəsinin müdiri Namiq Rəcəbov şöbənin əməkdaşları, məktəb rəhbərləri iştirak ediblər. Mərasimdə çıxış edən ümumtəhsil məktəblərinin direktorları müəllim peşəsinin şərəfli peşə olduğu üçün müəllim adını daşıyanlara həmişə böyük hörmət və ehtiram göstərildiyini qeyd ediblər.

Tədbirdə çıxış edən Kəlbəcər rayon 84 nömrəli məktəbin direktoru, şəhid bacısı bildirib ki, bu təltif bizə ən böyük bayram hədiyyəsi və gələcəkdə daha yaxşı işləməyimiz üçün stimul olacaq. O, göstərdiyi diqqətə görə şöbə müdirinə təşəkkür edib.

Təltif olunanlar onlara göstərilən diqqət və qayğıya görə təşəkkülərini bildirib, yaradılan geniş imkanlardan yüksək səviyyədə bəhrələnərək ölkəmizin gələcək inkişafı üçün Azərbaycana layiqli vətəndaşlar yetişdirmək yolunda səylə çalışacaqlarını ifadə ediblər.

Tədbirdə çıxış edən Kəlbəcər Rayon Təhsil Şöbəsinin müdiri Namiq Rəcəbov müqəddəs peşəni layiqincə daşıyan bütün müəllimləri Novruz bayramı münasibətiylə təbrik edib. Müəllim peşəsinin şərəfli və eyni zamanda olduqca məsuliyyətli olduğunu bildirən şöbə müdiriri bu işdə məktəb direktorlarının çiyinlərinə xüsusi məsuliyyət düşdüyünü qeyd edib. Müqəddəs peşədə müəllimlərə uğurlar arzulayıb.

Elnur Səlim

Bu xəbəri paylaşın: