Dünya 23 gündür Rusiya bombardmanının hədəfi olan Ukraynanın türk SİHA-ları ilə şəhərlərini necə uğurla müdafiə etdiyini danışmağa davam edir. Nəhayət, ABŞ mətbuatı TB2-lərin uğurlu əməliyyatlar keçirdiyini yazıb. SİHA-ların təyin olunmuş hədəfləri tam dəqiqliklə vurduğu bildirilən xəbərdə, «Daha çox SİHA və sursat verilməsi, tədarük xətlərinin bağlanmasında və Rusiyanın irəliləyişinin ləngiməsində fərq yarada bilər» ifadəsi işlədilib.
Türkiyədə istehsal edilən Bayraktar TB2 Silahlı Pilotsuz Uçuş Aparatı (SİHA) dünyanın müxtəlif yerlərində əldə etdiyi əməliyyat uğurları ilə adından söz etdirməyə davam edir. Ukrayna ordusu tərəfindən də satılan alınmış TB2-lərin uğuru ABŞ-da nəşr olunan “Foreign Policy” jurnalının təhlilində öz əksini tapıb.
NATO-ya 6 MADDƏLİK TÖVSİYƏ
NATO-nun Ukraynaya necə kömək edə biləcəyi 6 maddədə ukraynalı könüllülərə daşınan sistemlərdən istifadə etmək üçün təlim keçmək, mülki kiber fəaliyyətləri asanlaşdırmaq, döyüş təyyarələri ilə təmin etmək, könüllü pilotların təyin edilməsi və hökumətin davamlılığını dəstəkləmək kimi maddələr daxil edilib.
TB2 HƏDƏFLƏRİ UĞURLA VURUR
Pilotsuz döyüş təyyarələrinin təmin edilməsi başlığı altında Bayraktar TB2-lərin rolundan bəhs edilib. Ukrayna ordusunun Rusiya ilə müharibədə TB2 SİHA-larla uğurlu əməliyyatlar həyata keçirdiyi və sözügedən vasitələrin hədəfləri uğurla vuran, yeganə hava platforması olduğu qeyd edilib.
“Daha çox PUA və döyüş sursatının təmin edilməsi, təchizat xətlərinin qarşısını almaqda və Rusiyanın irəliləməsini yavaşlatmaqda fərq yarada bilər” deyə o, tədarük edilən TB2 sayının az olduğunu nəzərə alsaq, bunun diqqətəlayiq olduğunu əlavə edib.
AZƏRBAYCAN XATIRLATMASI: ƏMƏLİYYAT İFLİCİNƏ SƏBƏB OLUB
Məqalədə Azərbaycan ordusunun Dağlıq Qarabağda həyata keçirdiyi uğurlu əməliyyatlar xatırladılıb: «Azərbaycan Ermənistan ordusunu darmadağın etmək üçün pilotsuz uçuş aparatlarından geniş istifadə edib. Onlar Ermənistanın xeyli sayda hərbi texnikasını və konvoylarını məhv edərək əməliyyatın iflicinə səbəb olub» kimi ifadələrdən istifadə olunub.
Mənbə: Yenişafak
Hazırladı: Elnur Səlim
