Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Lənkəran rayon şöbəsinin təşkilatçılığı ilə Novruz bayramı münasibətiylə Veteranlar Evində tədbir keçiriblər.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Lənkəran rayon şöbəsinin sədr müavini Saleh Dostiyev məlumat verib.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Lənkəran rayon şöbəsinin sədri İlham Qurbanov, sədr müavinləri Təzəxan Əsgərov, Saleh Dostiyev, özək sədrləri, qazi və veteranlarımızı Novruz bayramı münasibəti llə təşkil olunmuş tədbirdə iştirak etdilər.
Öncə şəhidlərimiz bir dəqiqəlik sükutla yad olundu və Azərbaycanın Himni oxundu.
Yeni üzvlərə üzvlük vəsiqələri təqdim edildi. Müharibə veteranları musiqi sədaları altında rəqs etdilər və xatirə şəkilləri çəkdirdilər.
AVMVİB) Lənkəran rayon şöbəsinin sədri İlham Qurbanov, Azərbaycan adlı Vətənimiz üçün canından keçən müharibə veteranlarını Novruz bayramı münasibəti ilə təbrik etdi. Onlara öz arzularını bildirdi.
N. Məmmədli













