Biləsuvarlı veteranlarımız Novruz bayramı münasibətiylə şəhid məzarlarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Biləsuvar rayon şöbəsinin sədri Qurban Qurbanov məlumat verib.
Şəhid məzarlarını gül qoyulmuş və onların ruhuna dualar oxunub. Həmçinin müharibə veteranları, döyüş yoldaşları, AVMVİB Biləsuvar rayon şöbəsinin yaradıcılarından olan, sıralarımızı vaxtsız tərk etmiş Qədir Musayevin də məzarını ziyarət etmiş və gül qoymuşlar.




