Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Göygöl rayon şöbəsi Novruz bayramı münasibətiylə imkansız qazi və müharibə veteranlarına bayram sovqatı veriblər.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, AVMVİB Göygöl rayon şöbəsinin sədri Həbib Hüseynov məlumat verib.
Müharibə veteranların bayramı təbrik edilib və AVMVİB Göygöl rayon şöbəsi hər bir üzvünün yanında olduğunu qeyd eləyib.



