Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Cəbrayıl rayon şöbəsi Novruz bayramı münasibətiylə N saylı hərbi hissədə əsgərlərlə görüşüblər.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Cəbrayıl rayon şöbəsinin sədri Rasim Paşayev məlumat verib.
Müharibə veteranları əsgərlərin bayramını təbrik edib və musiqi sədaları altında əsgərlərimiz rəqs edib, şənləniblər. Belə ziyarətlər qəhrəman ordumuzun və əsgərlərimizin döyüş ruhunu daha da yüksəldir.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Cəbrayıl rayon şöbəsinin sədri Rasim Paşayev rayon veteranları adından xalqımızın bayramını təbrik edib.
Elçin Qədirov
Qarabağ üzrə müxbir


