Sumqayıt və Qubadlı veteranları əsgərlərlə görüş keçirdilər

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Sumqayıt şəhər və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Qubadlı rayon şöbəsi veteranları Novruz bayramı ilə bağlı silsilə tədbirləri davam etdiriblər.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Sumqayıt şəhər şöbəsinin sədri Timuraz Mansurov məlumat verdi.


Timuraz Mansurov bildirdi ki, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Sumqayıt şəhər şöbəsi veteranları öncə şəhər tədbirlərində iştirak etdikdən sonra Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Qubadlı rayon şöbəsinin sədri Təyyar Eminovun rəhbərliyi ilə Qubadlı rayon şöbəsinin üzvləri ənənəvi olaraq N saylı hərbi hissədə əsgərlərimizlə Novruz bayramıyla bağlı görüş keçirdik.


Bayram tədbirində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyevin adından əsgər və zabitlərimizə müharibə veteranlarının təbriklərini çatdırdıq.

Bayram tədbirində xidmətdə fərqlənən əsgərlərə AVMVİB Qubadlı rayon şöbəsinin sədri Təyyar Eminov və Sumqayıt şəhər şöbəsinin sədri Timuraz Mansurov Fəxri fərmanlar təqdim ediblər.


Daim belə görüşlərdə müharibə veteranları ilə birgə olan Sumqayıt şəhər regional Mədəniyyət Evinin dəstəyi bu görüşü yadda qalan bir görüşə çevirdi. Mədəniyyət Evinin kollektivi əsgərlər qarşısında konsert proqramı ilə çıxışı hərbçılər tərəfindən hərarətlə qarşılandı.


Xatırladaq ki, AVMVİB Sumqayıt şəhər şöbəsinin bu cür görüşləri artıq ənənə halını alıb.


Nurlan Məmmədli

Bu xəbəri paylaşın: