Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Binəqədi rayon şöbəsinin sədri Mərdan Ələsgərovun təşkilatçılığı ilə veteranların Şuşa Dövlət Musiqili Dram Teatrıda «Zəfər Müjdəli Novruz-2022» adlı bayram tədbiri keçirilib.
Binəqədi rayonunda təşkil olunan bayram tədbirində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev, Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elnur Məmmədov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini Salman Musayev, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Nəsimi rayon şöbəsinin sədri Elmar Hüseynov, AVMVİB Zəngilan rayon şöbəsinin sədri Azad Musayev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının nümayəndəsi, Kəlbəcər rayon 84 nömrəli məktəbin direktoru, şəhid bacısı Həqiqət Məmişova, Əməkdar artist Firuz Məmmədov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin müəllimi Cabir Həsənov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, tar ifaçısı Vüsal Qasımov, Azərbaycan Milli Konservatoriyasının müəllimi, Kamança ifaçısı Oqtay Şərifov, Azərbaycan Televiziya və Radio Verilişləri» Qapalı Səhmdar Cəmiyyətinin solisti Malik Həsonov, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi qaziləri iştirak ediblər.
Tədbir Dövlət himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş sözüylə açan Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquluyev qeyd edib ki, Ali Baş Komandanın rəhbərliyi, əsgərlərimizin döyüş bacarığı və xalqın qələbəyə inamı sayəsində artıq biz iki ildir ki, Novruz bayramını zəfər təntənəsi ilə qeyd edirik.
Füzuli Rzaquliyev Azərbaycan xalqını, o cümlədən döyüşçüləri, şəhid ailələrini, Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla ordumuzun şəxsi heyətini, tarixi minillərlə ölçülən və milli adət-ənənələrimizdə özünəməxsus yeri olan Novruz bayramının gəlişi münasibətilə səmimi qəlbdən təbrik edərək hamıya uğurlar arzulayıb.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai — siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elnur Məmmədov çıxış edərək Binəqədi Rayon İcra Hakimiyyəti başçısının salamını və bayram təbriklərini tədbir iştirakçılarına çatdırdı.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Nəsimi rayon şöbəsinin sədri, polkovnik Elmar Hüseynov tədbirdə çıxış edərək bildirdi ki, Novruz bayramı bahar, sevgi bayramıdır və təbiətin oyanışını təcəssüm etdirir. Bahar bayramını qeyd edən bütün Türk dünyası ölkələrini də təbrik edirəm.
Tədbirdə çıxış edən Kəlbəcər rayon 84 nömrəli məktəbin direktoru, şəhid bacısı Həqiqət Məmişova zala əlini uzadaraq gənc veteranları övladı, həmyaşıdlarının qardaşları olduğunu qeyd etdi.
Məktəb direktoru veteranların Novruz bayramı şənliyində iştirakdan qürur duyduğunu dedi.
Həiqiqət Məmişova zalda əyləşən gənc veteranları qucaqlayıb bağrIna basaraq səmimi ortam yaratdı və xalqımıza müharibəsiz günlər dilədi.
Daha sonra tədbir bədii hissə ilə davam etdirildi. Muğam və Azərbaycan xalq mahnılarını səsləndirildi.
Sonda təşkilatçısı AVMVİB Binəqədi rayon şöbəsinin sədri Mərdan Ələsgərovu çıxış edərək tədbir iştirakçılarına öz minnətdarlığını bildirdi.
Bir qrup tədbir iştirakçısı fəxri fərmanla təltif olunub. O cümlədən Birliklə sız əlaqələri olan Rüstəm Məmmədova Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) fəxri üzvlük vəsiqəsi və Fəxri fərman təqdim edilib.
Elnur Səlim
















