AVMVİB Nərimanov rayon şöbəsindən bayram sovqatı

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Nərimanov rayon şöbəsi Novruz bayramı münasibətiylə imkansız şəhid ailəsi, qazi və müharibə veteranlarına bayram sovqatı verib.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini, AVMVİB Nərimanov rayon şöbəsinin sədri Qurban Osmanov məlumat verib.


Qurban Osmanov bildirdi ki, rayon şöbəsi adından baş çəkilən, bayram sovqatı verilən müharibə veteranları AVMVİB adından Novruz bayramı münasibətiylə təbrik edilib və AVMVİB Nərimanov rayon şöbəsi hər bir üzvünün yanında olduğunu qeyd eləyib.


Elnur Səlim

Bu xəbəri paylaşın: