AVMVİB Nəsimi rayon şöbəsi sədri paylaşım edib

2020-ci ilin pandemiya tüğyan etdiyi günlərdə, Qurban bayramı ərəfəsində Nəsimi rayonunun bir qrup imkansız və ehtiyacı olan müharibə veteranlarına bayram sovqatı ayrılması məqsədi ilə Nəsimi İcra hakimyyətinə müraciət etdim. Onlar heç bir köməklik etmədilər.


Mən «Paşa Bank» İdarə Heyətinin sədri Taleh Kazımova müraciət etdim. Bayram günü 1 saat ərzində 30 nəfər şəhid ailəsi, əlil və imkansız veteranların evinə 100 manatlıq Bayram kuponu və Təbrik məktubu göndərdilər. Mən bu qayğı və diqqətə görə, cənab Taleh Kazımova veteranlar adından minnətdarlığımı bildirdim.

Biz inanırıq ki, Taleh Kazımov kimi vətənpərvər rəhbərlər xalqımıza, dövlətimizə ləyaqətlə xidmət edəcəklər. Allah köməyiniz olsun.


Xəbər verdiyimiz kimi, bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilməsi, Taleh Kazımovun isə Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Prezidentinin təqdimatları müzakirə edilib.

Elmar Hüseynov

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Nəsimi rayon şöbəsinin sədri, ehtiyatda olan polkovnik

Bu xəbəri paylaşın: