Aprel şəhidimiz Mirzəyev Məhəbbət Ədalət oğlu 16 dekabr 1993-cü ildə Beyləqan rayon Dünyamallar kəndində anadan olub.
Hələ orta məktəbdə oxuyarkən hərbiyə olan marağı özünü əks etdirmişdir. O məktəbin «Şahinlər», «Cəsurlar» hərbi oyunlarinda fəal iştirak etmişdir. Həqiqi hərbi xidmətə çağırılmışdır (09.07.2012).
Əsgərlik müddətini Biləcəri və Gəncə şəhər N saylı hərbi hissələrində rabitəçi kimi başa vurmuşdur. 2014-cü il yanvar ayının 1-də əsgərlik xidmətini bitirdikdən sonra vətənə xidmətini Beyləqan rayon N saylı hərbi hissədə müddətdən artıq hərbi qulluqçu kimi davam etdirmişdir. Bir müddət burda xidmət etdikdən sonra kəşfiyyata olan marağı onu 3 aprel 2015-ci ildə Cəlilabad rayonunda N saylı hərbi hissədə Xususi Təyinatlı Qüvvələrin kursuna yazılmağa vadar etdi. Şəhid Məhəbbət Mirzəyev (XT) hərbi quluqcu kimi quluq edirdi və hərbi təhsilini Çində bitirib gəlmişdir. Çinin müdafiyə naziri onun diplomunu özü şəxsən təqdim etmişdir. O bu kursu böyük uğurla keçərək xidmətə davam edib.
Məhəbbət Mirzəyev 4 aprel 2016-ci ildə Tərtər Talış uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhidin cənazəsi tam 1 həftə neytral zonada qalmış, heç bir xəbər çıxmamışdır. Şəhid olandan evvəl yaralı halda mənfur düşmənlərin əlinə keçməmək üçün əlində qumbaranı açıq vəziyyətdə tutaraq keçinmişdir.

Ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.
Öz doğma Dünyamalılar kəndinin Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Bu gün şəhidin Anım tədbirində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov, Diasporanın Prezidentə Dəstək İctimai Birliyinin Ağsaqqallar Şurasının sədri Kamil Teymurov, məktəblilər, müəllimlər, ictimaiyyət nümayəndələri, şəhidin yaxınları və müharibə veteranları iştirak ediblər.

Anım tədbirində çıxış edən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov köhnə döyüşçülər və AVMVİB sədri Füzuli Rzaquliyevin adından şəhidin ailəsinə başsağlığı verdi. AVMVİB-nin Fəxri fərmanı şəhidin aləsinə verildi.
Allah rəhmət eləsin!
Elçin Qədirov
Qarabağ üzrə müxbir, Beyləqan
