Qafan rayonunun Azərbaycana təhvil verilən hissəsində vəziyyət necədir?

Qafan rayonunun Azərbaycana təhvil verilən hissəsi artıq ermənilər və İranlılar üçün keçilməzdir.

44 günlük müharibədən sonra azərbaycanlıların ələ keçirdikləri Gorus-Qafan avtomobil yolunun 21 kilometrlik hissəsi boş yola çevrilib. Azərbaycan tərəfi burada tikanlı məftillər və beton maneələr quraşdırıb, bu da sübut edir ki, bu yollardan nə ermənilər, nə də İranın iri yük maşınları keçə bilmir.

Ermənistanın yüksək rütbəli məmurları əvvəlcə əmin etdilər ki, biz də gömrük ödəməklə o yoldan istifadə edə bilərik. Sonradan bunun yalan olduğu ortaya çıxdı. Yolun hər iki tərəfində Ermənistan və Azərbaycan sərhədçiləri dayanıb. İki gün əvvəl çəkilmiş bu fotoya görə, Gorus-Qafan yolunun bu hissəsi artıq keçilməzdir.

Xatırladaq ki, bu yolun götürülməsi nəticəsində Şurnux, Vorotan və Bərdzrəvan yaşayış məntəqələri də təcrid olunmuş, onlar anklavlara çevrilərək çətin keçilən yollardan yan keçmək ümidi ilə yaşayırlar.

İSMAYIL TANRIVERDİ
BDU-nun Erməni Araşdırmaları və Təlim Mərkəzinin drektoru

Bu xəbəri paylaşın: