Rusiya ABŞ və NATO-ya xəbərdarlıq etdi

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Ukrayna torpaqlarında silah daşıyan ABŞ və NATO maşınlarını “qanuni hərbi hədəflər” hesab etdiklərini bildirib.

Nazir müavini bu barədə TASS-a bildirib.

Ryabkov ABŞ-ın Ukraynaya silah dəstəyi verdiyinə diqqət çəkərək, belə bir şəraitdə ABŞ administrasiyası ilə Ukraynadakı vəziyyətlə bağlı geniş təmasların mənasız olduğunu bildirib.

«Eyni zamanda, biz amerikalılara və digər qərblilərə izah etməyə çalışırıq ki, əməliyyatımızı ləngitmək, Rusiya hərbi birləşmələrinə, Donetsk və Luqansk xalq respublikalarının yaradılması prosesinə zərər vurmaq cəhdlərinin qarşısı alınacaq.

Biz onlara xəbərdarlıq edirik ki, Ukrayna torpaqlarında fəaliyyət göstərən ABŞ-NATO silahlı maşınları qanuni hərbi hədəflər hesab edilir”, — o əlavə edib.

Mənbə: “Qafqazinfo”

Bu xəbəri paylaşın: