Təhsil şöbələri ləğv edilməyəcək — Rəsmi

“Yerli təhsil şöbələri ləğv edilməyəcək”.

Bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev “Təhsil masası”nda deyib.

O qeyd edib ki, Regional Təhsil İdarələrinin yaradılması yerli təhsil şöbələrinin ləğvi və işçilərin ixtisarı nəzərdə tutulmayıb.

“Təhsil şöbələri Regional Təhsil İdarələrinin nəzdində yerli təhsil struktur bölməsi kimi fəaliyyət göstərəcəklər”, — E.Əliyev bildirib.

Bu xəbəri paylaşın: