Azərbaycan Vətən Müharibəsi Veteranlari İctimai Birliyinin rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin müavini polkovnik Salman Musayev ehtiyatda olan kapitan Səfərov Tahir Zöhrab oğlunu doğum günü munasbətilə səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.
Arzu edirik ki, Tahir Səfərovun yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin !
Ehtiyatda olan kapitan Səfərov Tahir Zöhrab oğlu 1977 — ci ilın aprel ayının 15 — də Bakı şəhərində hərbiçi ailəsində anadan olub.
1994 — cü ildə Bakı şəhərində 138 saylı tam orta məktəbi, 1998 — ci ildə Heydər Əliyev Adına Ali Hərbi məktəbi, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Zabitlərin təhkimləşdirmə kursunu bitirib, Daxil Qoşunların Baş İdarəsinində və hərbi hissələrində keçirilən bir çox metodiki təlim toplanışlarda, təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib
1998- 2006-cı illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında Baş Daxili Qoşunların Baş İdarəsinin Zaqatala rayonunda, Lənkəran və Zaqatala rayonlarında yerləşən hərbi hissələrdə taqım komandiri və xidmət rəisi vəzifələrində xidmət edib.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, TAHİR BƏY!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Vətən Müharibəsi Veteranlari İctimai Birliyi sədrinin müavini polkovnik Salman Musayev