Çox saylı veteran şikayətlərini, AVMVİB İdarə Heyətinin təkidli qərarını nəzərə alaraq, AVMVİB Səbail rayon şöbəsinin sədri İlham Məhərrəm oğlu Əliyev tutduğu vəzifədən azad edilib.
Lakin ayıbından kor olmalı olan «zorən sədr» ətrafda olan hər kəsə böhtan atır, hər kəsin adından iftiralar uydurur və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) işgüzar imicinə xələl gətirəcək hərəkətlər etməkdədir. Hətta bəzi məmurlarla «sevgi əlaqələri» o qədər mübhəmdir ki, gözlər bu adamın fonunda 86 minlik veteran ordusunu görməzdən gəlir. Məhkəməsiz yeri əlimizdən almaqla hədələyir. Fedai.az Araşdırma Qrupu «AVMVİB-də «Qaloş» əməliyyatı: Sədr «can hayında», Başçı da yer axtarır»… adlı araşdırma yazısını hər biri konkret cinayət xarakterli faktları əks etdirən məqaləni tezliklə sizlərə təqdim edəcək.
Bizə müraciət etmiş şəxslərdən bu adamla olan «sövdələşmələrini» bitirsinlər, ortada çox böyük dələduzluq faktları barədə məlumatlar almaqdayıq. Verdiklərinizi geri tələb edin. İşbirlikçiləri də üzdədir. Az sonra kimsəni tapmayacaqsınız.
Bir özünü bilməzin böhtan xarakterli yalan məlumatlarına uyaraq, 86 minlik bir təşkilat haqqında müxtəlif orqanlarda mənfi rəy yaratmağa cəhd edənlər bir daha düşünsünlər. Ölkə qanunlarını heçə sayan hər kəs, kimliyindən asılı olmayaraq, bu Dövlətə qarşıdır. Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin veteranlar haqqında dediyi sözləri xatırlatmaq yerinə düşər: «Qan tökmüş, Vətəni müdafiə etmiş, əlil olmuş, yaxınlarını itirmiş insanlara xüsusi diqqət göstərilməlidir. Bu Dövlət siyasətidir, mənim tələbimdir.Hər şey ədalətli olmalıdır. Ədalət pozulanda, onda problemlər yaranır».

Seyfi Həsənov
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Zərdab rayon şöbəsinin sədri
— Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Zərdab rayon şöbəsi üzvləri adından AVMVİB Səbail rayon şöbəsinin sədri Ə. İlhamın vəzifədən azad edildikdən sonra kimlərinsə fətvasıyla qərargahın qapısını sındırması və İdarə Heyətinin qəbul etdiyi qərarın əleyhinə çıxmasını pisləyirik.
Mən Birliyin 64 yaşlı bir üzvü kimi və bu adamı yaxşı tanıdığım üçün səssiz qala bilməzdim. Belələrinin keçdiyi döyüş yolu da şübhə doğurur. Üzvü olduğu təşkilata xəyanət yolu tutan bir adamın düşmənə qarşı döyüşməsinə şəxsən mən inanmıram. Səngər görmüş adam öz döyüçü yoldaşlarına qarşı belə bir addım atıbsa onu sıravi üzvlükdən də azad etmək lazımdır. Mən özüm də ucarlıyam və İlhamı da yaxşı tanıyıram. Bu şəxsin yekəxanalığını və şər-böhtançı olduğunu yaxşı bilirəm. Bizim 86 minlik Birliyin hər bir üzvü buranı könüllü seçib. Bu etimadı illərcə səbrlə işləyərək qazanmışıq. 44 günlük Vətən müharibəsi qazisini otaqdan qovmaq nə deməkdir? Kimdi belə bir adamı dəstəkləyən? AVMVİB Zərdab rayon şöbəsi olaraq biz gənclərdən iki nəfəri artıq sədrin müavinləri təyin etmişik. Onlar belələrinə baxıb nə nümunə götürə bilər? Bizim şöbə üzvləri sabiq sədr İlhamın hərəkətlərini cinayət hesab edirlər.
Bu qərar gecikmiş olsa da alqışlayıram və bu 5-ci kolona nökərçilik edənlərə bildirirəm ki, bizim təmsilçisi olduğumuz Birlik daim Ali Baş Komandan cənab İlham Əliyevin əmrinə hazır olub və bunu 44 günlük müharibədə də bunu sübut etdik. Bir faktı da deyim ki, bu adam hətta Dövlətimizlə, Ulu Öndərimizlə bağlı keçirilən tədbirlərdə də iştirak etməkdən xəstəlik adıyla yayınıb. Ulu Öndərin məzarını ziyarətlə bağlı bizim tədbirlərin heç birində bu adam iştirak etməyib. Həmişə nədənsə xəstə olub. Kimlərsə öz kirli oyunlarını gedib başqa məkanda oynasın.
Mən şöbə sədri kimi bu qərarı alqışlayıram və bir polis veteranı kimi aidiyyatlı qurumların qərargah qapısını qırmaqla bağlı cinayət işi qaldırılmasını xahiş edirəm. Məlum olacaq ki, bu adamlar kimlərə və nəyə xidmət edirlər. Biz hüquqi dövlətdə yaşadığımızı unudanlara bunu xatırladacağıq. Biz ölkəmizin Müzəffər Ali Baş Komandanını öz rəhbərimiz, onun imzası olan qanunları isə fəaliyyət istiqamətlərimizi seçən bir ictimai birliyik.

Zara Rəsulova
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Səbail rayon şöbəsinin üzvü
— Sosial şəbəkədə Zara Rəsulova şərh yazıb: Ilhamın özünü yoxlamaq lazımdır ki, hansı hərbi hissədə necə gün olub və hansı maddəylə tərxis olunub. 2- ci qrup Qarabaq əliliniu necə aliıb? Bunu hami bilir. Şəxsən mən Qarabağ Veteranıyam Sabail rayonunda mən ona dəfələrlə müraciət etsəm də mənə komək eləsin, mənə hec nə etməyib.
Dəfələrlə ofisə qetmişəm. Çirkli bir idman şortikiylə qabağımıza cıxıb. Veteranların coxdundan pul alıb ki, guya nəsə onlara komək edəcək, iş düzəldəcək. Nə kömək olmurdu, nə də pulu qaytarmırdı. Bir sözlə «maşennikdi», bu İlham. Mən şəxsən nazir Sahil Babayevə məktubla muraciət edəcəyəm ki babasildən əməliyyat olunub. Adam necə olur ki, 2- ci qrup Qarabağ müharibəsi əlili ala bilib. Atəşkəs 1994-cü ildə olub. 5 il bundan qabaq boynunda qrijadan və babasildən əməliyyat olunub. Amma müharibə əlilliyi alib, təcili evlə və maşınla təmin olunub. Bir nece yerde yataqxanada otağıda var. Bu İlham ancaq özü üçün calışıb, biz veteranlar ücün yox.
Dəfələrlə ofisə bizim adımıza yardımlar gəlib, amma bizim payımızı da öz ailəsinə və bəzi veteran olmayan qadınlara paylayıb.
İlham sən öz evində ağalıq edə bilərsən. Ofisi mənimsəyib qapını qırıb, orada qala bilmərsən. Öz xoşunla yığ paltarlarını, get öz təzə aldığın evdə yaşa. Qərargah veteranlara aiddir, sən orada oturmağa layiq deyilsən.
P.S. Qarşı tərəfin deyilən faktlarla bağlı münasibətini işıqlandırmağa hazırıq.
Elnur Səlim
