Bu bahar təravətli yaz günündə yüksək peşəkarlığı və humanistliyi,nəzəri və praktiki biliyi, işgüzarlığı və mənəvi keyfiyyəti, dəqiqliyi və təmkinliyi, sadəliyi və səmimiyyəti, insanpərvərliyi və təcövzkarlığı ilə secilən Allahın verdiyi şərəfli və mənalı ömürün ən məhsuldar dövrünün 21 ildən cox şərəfli xidməti yolunu hərbi xidmət yolunu Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında kecirmiş ehtiyatda olan mayor Zeynalov Ruslan Duraxan oğlunun 16 aprel dünya göz açdığı gündür.
İnsan üçün ən yaddaqalan günlərdən biri onun doğum günüdür. Ömürə bəzək olan ad günü hər il xüsusi qeyd olunur.
Daimi həyatın imtahanlarından alnıacıq və üzüağ cıxan Ruslan müəllimi belə bir ələmdar gün münasibətilə «Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin ( AVMVİB) rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin müavini polkovnik Salman Musayev, onun pərəstişkarları səmimi qəlbdən təbrik edir, ona həyatda insan ucun ən şirin neymət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayir.
Mayor Zeynalov Ruslan Duraxan oğlu 1974 — cü ilin aprel ayının 16 -da Azərbaycan Respublikasının Salyan rayonun Xıdırlı kəndində müəllim ailəsində anadan olub. Əslən Azərbaycan Respublikasının Gədəbəy rayonunun Pərizamlı kəndindəndir.
Arzu edirik ki, Ruslan Zeynalovun yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin !
Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, Şəhərdə və yaşayış məntəqələrində baş vermiş ixtşaşların qarşısının alınmasında, Mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı birləşmiş dəstələrin axtarışındga və zərərsizləşdirilməsində , fövqaladə vəziyət zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerinə yetirmişdir.
1996- 2017 ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin ,Füzuli, Binəqədi, Hacqabul, Zakatala, Qazax rayonlarında və Gəncə şəhərində yerləşən hərbi hissələrində əsgər, rabitə manqa komandiri, kəşfiyyat qurup komandiri, taqım komandiri, böluk komandirinin tərbiyəvi işlər üzrə müavini, Ayrıca yerləşən Əlahiddə böluk komandirinin müavini, Xüsusi Vastələrin Tətbiqi Dəstə komandirinin tərbiyəvi işlər üzrə müavini vəzifələrində Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət edib.
1989 -cu ildə Gədəbəy rayonunun Pərizamlı kənd orta məktəbin 8 -ci sinifini, 1991 -ci ildə Gədəbəy rayonunun Qoşabulaq kənd orta məktəbin 10- cu sinifini , 1996-ci ildə Azərbaycan Xalq Təsərrüfatı institutunun idarə etmə fakültəsini, 1999- cu illərdə isə Daxili İlşlər Nazirliyinin Daxili Qoşunlarında Baş Daxili Qoşunların Baş İdarəsinin Xəzər rayonunda yerləşən Zabitlərin hazırlığı kursunu bitrib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş idarəsində və hərbi hissələrində kecirlən metodiki təlim toplanışlarda, xüsusi taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib. Hərbı təcürbə mübadiləsi əldə etmək üçün Türkiyəyə Cümhuriyyətinin Jandarma Qüvvələrinin Ankarara, İstanbul və Izmir (Foce) şəhərlərində yerləşən hərbi hissələrdə və məktəblərdə işgüzar səfərdə olub
O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, saxavətli, insapərvər, əliacıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsədə xidmət etdiyi və işlədiyi kolektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andin, hərbi nizamələrin və digər hüquqi- normativ aktların tələblərinə, eləcdə vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş,
şəxsi nümunəsi ilə bir cox hərbi qulluqçular fədakar hərbi xidmətə ruhlandırmışdır.
Hərbı xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə görə döyüş və ictimai sıyası hazırlığında, hərbi ıntizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubley nisanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla və qiymətli hediyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Hərbi vəzifə borcunu yerinə yetirərkən göstərdiyi rəşadətə, əla döyüş hazırlığı göstəricilərinə, Azərbaycan dövləti və Azərbaycan Respublikasının Daxili işlər Nazirliyinin Daxili Qoşunları qarşısındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti adından «İgidliyə görə» medalı Daxili işlər Nazirinin müvaiq əmrləri ilə » Qüsursuz Xidmətə Görə » 2 -ci və 3-cü dərəcəli, Silahlı Qüvvələrin yaranmasının isə 10 -illiyi və 90 -iliyi yubileyi medalları ilə təltif olunub.
Hal hazırda Azərbaycan xalqının və dövlətçiliyinin qorunması, onun ərazi bütövlüyünün təmin edilməsi üçün əsas qarant olan silahlı qüvvələrimizə sağlam, vətənpərvər ruhlu gənclər hazırlamaq zərurətindən Gədəbəy rayon Moruxlu kənd orta məktəbində hərbi rəhbər vəzifəsində çalışır.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, RUSLAN BƏY!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
BÜTÜN ARZULARIN CİN OLSUN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
Azərbaycan Vətən Müharibəsi Veteranlari İctimai Birliyi sədrinin müavini polkovnik Salman Musayev




