Biləsuvarda şəhidin doğum günü qeyd edilib

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Biləsuvar rayon şöbəsinin üzvləri və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Biləsuvar rayon şöbəsinin əməkdaşı şəhid Müşfiq Zakir oğlu Xosiyevin doğum gününü məzarı başında qeyd ediblər.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Biləsuvar rayon şöbəsinin sədri Qurban Qurbanov məlumat verib.

Şəhid Müşfiq Xosiyevin məzarı üzərinə güllər qoyulub və ruhuna dualar oxunub. Daha sonra müharibə veteranları şəhidin adına açılmış iftar süfrəsində olublar.

Allah rəhmət eləsin!

Elçin Qədirov
Qarabağ üzrə müxbir, Biləsuvar

Bu xəbəri paylaşın: