Rus qadını: «Ukraynalı qızları zorla»…

“Azadlıq” radiosunun Ukrayna və Rusiya xidməti telefon danışığı zamanı ukraynalı qadınları “zorlamağa razılaşan” rusiyalı hərbçini və onun həyat yoldaşının şəxsiyyətini müəyyənləşdirib. Ər-arvadın işğal olunmuş Krımın Feodosiya şəhərində yaşadığını öyrənib.


“Azadlıq” radiosunun rus xidməti ilə birgə “Sxema” layihəsinin araşdırılması, rus işğalçısının həyat yoldaşı ilə söhbəti ələ keçirilib, aprelin 12-də Təhlükəsizlik Xidməti tərəfindən açıqlanıb.


Rus əsgərinin həyat yoldaşının birbaşa çıxışı: «Gəl ora, ukraynalı qızları zorla və mənə heç nə demə. Başa düşürsən? Əsas odur ki, özünü orada qoru».


Jurnalistlər hüquq-mühafizə orqanlarındakı mənbələrdən rus nömrələrini alıblar və zəng ediblər. Bu nömrələrdən istifadə edərək, onlar Rusiyanın Vkontakte şəbəkəsində onların səhifələrini tapıblar. Bıkovskinin özünün səhifəsi kənar ziyarətçilər üçün bağlıdır.


Rus əsgərinin adı Roman Bıkovskidir. O, əvvəllər Rusiya Qvardiyası alayında xidmət edib və Moskva vilayətinin Balaşixa şəhərindən olan əsgər yoldaşları ilə fotolarını dərc edib. 2022-ci ildə genişmiqyaslı müharibənin başlaması ilə Xerson vilayətinin tutulmasında iştirak edib. Onun həyat yoldaşı Olqa Bıkovskaya (qızlıq soyadı Pinyasova) işğal olunmuş Krımda yaşayır və öz oğullarını orada böyüdür.

Hər ikisi Rusiya Federasiyasının Oryol vilayətindəndir. «Vkontakte» səhifələrində onların yaxın münasibətlərini təsdiqləyən bir çox ümumi romantik fotoşəkilləri var.


Səhifədə Bıkovska öz həyat kredosunu belə qeyd edib — «Heç nə öyrənmə, heç kimə demə. Onda hər şey yaxşı olacaq», «Ailə və uşaqlar» həyat dəyərləri kimi göstərilib.

2017-ci ildə bir rus qadının səhifəsində uşaq arabasının fotosu peyda oldu və bu, uşağının doğulduğunu göstərir.

Jurnalistlər Bıkovskinin Vkontakte sosial şəbəkəsindəki dostlarının fotosu vasitəsilə onun xidmət etdiyi bölməni də müəyyən ediblər. Xidmətdə olan qardaşlarının şevronlarında aydın olur ki, bu, adına F.E. Dzerjinski adına Xüsusi Təyinatlı Əməliyyat Bölməsidir. Bu bölmə Milli Qvardiyanın elit bölməsi hesab olunur.

Jurnalistlər Avito reklam şəbəkəsində həyat yoldaşları tərəfindən yerləşdirilən elanları tapa bildilər. 2018-ci ildən bəri Feodosiyada reklam yerləşdirirlər və Romanın anası Feodosiya mərkəzində nəvəsi ilə fotolar yerləşdirir.

Deyəsən, Bıkovskilər ailəsi hələ də Krımda yaşayır. Məsələn, 2022-ci il yanvarın 19-da Olqa şərhlərdə Feodosiyada yerli kosmetoloqun qəbuluna gedə bilmədiyindən şikayətlənib və fevralın 13-də avtomobilin vurduğu itə kömək çağırışına cavab verib.

2019-cu ildən sonra Bykovski və anasının səhifələrində Rusiya ordusu ilə müqavilə imzaladığını göstərən fotoşəkillər görünməyə başlayır. Jurnalistlər müəyyən edə biliblər ki, Bıkovski, görünür, 2018-ci ilin fevralından gec olmayaraq Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalayıb.

Bıkovskinin harada xidmət etdiyini — şevrondakı emblemdən öyrənmək mümkün olub. Bu, Qırmızı Ulduz ordenli 108-ci qvardiya hava-desant hücumu Kuban kazak alayıdır (108 dshp). Bu alay 2014-cü ildə Krımın Rusiya tərəfindən işğalı əməliyyatında iştirak edib.

“Azadlıq” radiosunun rusiyalı jurnalisti Mark Krotov həm Roman, həm də Olqa Bıkovskayaya zəng edib. Roman bunun SBU lentlərindəki onun səsi olduğuna etiraz edib, həmçinin Sevastopolda yaralı halda xəstəxanada olduğunu deyib. Lakin jurnalistlərin fikrincə, onun səsi UTX lentindəki səsə çox bənzəyir.

Olqa Bıkovskaya Krotovla söhbətində ərinin yaralandığı üçün Sevastopolda xəstəxanada müalicə olunduğunu təsdiqləyib. Bundan sonra rus qadın telefonu qapadıb və zənglərə cavab verməyi dayandırıb. Aprelin 13-dən onun Vkontakte-dəki səhifəsi artıq yoxdur, yəni jurnalistlə danışdıqdan sonra yəqin ki, onu silib.

Rusiya qoşunları tərəfindən müvəqqəti işğal edilmiş ərazilər azad edildikdən sonra Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları və beynəlxalq müstəntiqlər rus əsgərləri tərəfindən dinc əhaliyə qarşı çoxsaylı cinsi zorakılıq halları barədə məlumat alırlar.

Baş Prokurorluğun idarəsi müəyyən edib ki, Brovarı rayonunda rus işğalçıları şəxsi evə soxulub, onun ərini öldürüb və arvadını bir neçə saat 4 yaşlı oğlunun gözü qarşısında zorlayıblar. Qadın öz hekayəsini Britaniyanın The Times nəşrinə ətraflı danışa bilib.

Ukrayna Ombudsman Aparatına ukraynalılardan rus işğalçılarının seksual cinayətləri ilə bağlı çoxsaylı şikayətlər daxil olub.

Prezident Vladimir Zelenski Latviya Seyminin deputatlarına müraciətində Kiyev vilayətində Pskovdan olan rus işğalçı Bıçkovun körpəyə təcavüz etdiyini bildirib.

Böyük Britaniyanın Ukraynadakı səfiri Melinda Simmons əmindir ki, rus işğalçıları tərəfindən ukraynalı mülki şəxslərin çoxsaylı zorlanması halları qəsdən və məqsədyönlüdür və təsadüfi hadisələr deyil.

Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən ələ keçirilən rus işğalçılarının telefon danışıqlarında onların qohumları, dostları və tanışları onlara ukraynalıların əmlakını qarət etməyi, qadınları, uşaqları və silahsız insanları zorlamağı, işgəncə verməyi və öldürməyi məsləhət görürlər.

Tərcümə: Elnur Səlim

Mənbə: Ukrainskaya pravda

Bu xəbəri paylaşın: