ATƏT GETDİ, XOVAYEV GƏLDİ

İqor Xovayev Rusiya Xarici İşlər Nazirliyinin Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına dəstək üzrə xüsusi nümayəndəsi olacaq.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, Rusiya İrəvanla Bakı arasında sülh sazişinin imzalanmasını dəstəkləməkdə qərarlıdır. Zaxarova əlavə edib: «Bildiyimiz kimi, Vaşinqton və Paris ATƏT-in Minsk Qrupunun həmsədrləri çərçivəsində Moskva ilə bütün əlaqələri dayandırıb. Bu arada Cənubi Qafqazdakı real vəziyyət danışıqlarda fasilələrə imkan vermir. ABŞ və Fransa həmsədrliyi dayandırdığı üçün regionda regional sülh və sabitliyin bərpası üçün əlavə addımlar atılmalıdır».

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib: «Bundan sonra səfir İqor Xovayev Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına yardım etmək üçün Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi kimi fəaliyyətini davam etdirəcək. Onun diqqəti yuxarıda qeyd olunan sülh sazişinin hazırlanmasına yönələcək. Ümid edirik ki, Bakı və İrəvandakı müttəfiqlərimiz və tərəfdaşlarımız Xovayevin səylərini dəstəkləyəcəklər».

Sonda isə Zaxarova xala-xətrin qalmasın deyə deyib: «Biz digər maraqlı oyunçularla da konstruktiv qarşılıqlı əməkdaşlığa hazırıq».

Xatirladaq ki, bu məlumat erməni mətbuatına istinadən hazırlanıb.

İSMAYIL TANRIVERDİ
BDU-nun Erməni Araşdırmaları və Təlim Mərkəzinin drektoru

Bu xəbəri paylaşın: