Bu bahar təravətli yaz günündə Yüksək peşəkarlığı və humanistliyi,nəzəri və praktiki biliyi, işgüzarlığı və mənəvi keyfiyyəti, dəqiqliyi və təmkinliyi, sadəliyi və səmimiyyəti, insanpərvərliyi və təcövzkarlığı ilə secilən Allahın verdiyi şərəfli və mənalı ömürün ən məhsuldar dövrünün 24 ildən cox şərəfli xidmət yolunu Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında kecirmiş ehtiyatda olan polkovnik-leytenant Mürşüdov Fuad Bəhram oğlunun 16 aprel dünya göz açdığı gündür.
İnsan üçün ən yaddaqalan günlərdən biri onun doğum günüdür. Ömürə bəzək olan ad günü hər il xüsusi qeyd olunur.
Daimi həyatın imtahanlarından alnıacıq və üzüağ cıxan Fuad müəllimi belə bir əlamətdar gün münasibətilə «Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin ( AVMVİB) rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin müavini polkovnik Salman Musayev, onun pərəstişkarları səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.
Polkovnik-leytenant Mürşüdov Fuad Bəhram oğlu 1970 — ci ilin aprel ayının 16 -da Azərbaycan Respublikasının Qəbələ rayonunun Vəndam kəndində ziyalı ailəsində anadan olmuşdur.
Arzu edirik ki, Fuad Mürşüdovun yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin !
Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, Şəhərdə və yaşayış məntəqələrində baş vermiş ixtşaşların qarşısının alınmasında, fövqaladə vəziyyət zamanı hüquqi rejimin təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerinə yetirmişdir.
1994- 2018-ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bakı şəhərinin Xəzər və Binəqədi rayonlarında yerləşən hərbi hissələrində taqım komandiri, bölük komandiri, Hərbi-elmi şöbədə zabit, Tədris şöbəsinin Planlaşdırma bölməsinin rəisi, Daxili Qoşunların Baş Idarəsinin Inspeksiya şöbəsində Planlaşdırma və Qiymətləndirmə bölməsinin rəisi vəzifələrində Vətənə, Dövlətə və xalqa sədaqətlə xidmət edib.

1985 -ci ildə Qəbələ rayonunun Vəndam kənd orta məktəbin 8 -ci sinfini, 1987 -ci ildə Bakı şəhər 88 nömrəli orta məktəbin 10- cu sinfini , 1994-cü ildə Moskva Yol-Nəqliyyatı institutunu bitrmişdir. Təhsilini Türkiyə Respublikasında davam etdirmiş, 1997-2000-ci illərdə Jandarma Məktəbində ixtisas, Foça Komando məktəbində xüsusi təyinatlı, 2006-2007-ci illərdə Tədrisin metodikası, planlaşdırılması və Qiymətləndirilməsi kurslarını bitirmişdir.
2012-2013-cü illərdə Türkiyədə Hərbi Akademiyada təhsil almışdır.
O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü zəhmətkeş zabit kimi göstərmişdir.
Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etmiş, hərbi andin, hərbi nizamnamələrin və digər hüquqi- normativ aktların tələblərinə, eləcə də vəzifə borcunun icrasına məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqların müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmişdir.
Hərbı xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi iş keyfiyyətləri nümayiş etdirdiyinə və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin və Daxili Qoşunlar Komandanın müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubiley nisanları ilə mükafatlandırlmışdır.

Xidməti vəzifə borcunu layiqincə yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili işlər Nazirinin müvaiq əmrləri ilə «Qüsursuz Xidmətə Görə «1-ci, 2 -ci və 3-cü dərəcəli, Silahlı Qüvvələrin yaranmasının isə 10, 90 və 95 illiyi yubiley medalları ilə təltif olunmuşdur.
Hal hazırda Daxili Işlər Nazirliyinin Polis Akademiyasında müəllim vəzifəsində işləyir.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN. FUAD!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
BÜTÜN ARZULARIN CİN OLSUN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
Azərbaycan Vətən Müharibəsi Veteranlari İctimai Birliyi sədrinin müavini polkovnik Salman Musayev







