TƏBRİK: ƏLİYEV ƏLİ NƏRMAN OĞLU — 51

İnsan üçün ən yaddaqalan günlərdən biri onun həyata gəldiyi gündür. Ömrə bəzək olan ad günü hər il xüsusi ilə qeyd olunur.


Bu bahar təravətli yaz günündə (aprel ayının 16 — da) Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Səbail rayon şöbəsinin sədri Əliyev Əli Nərman oğlunun dünyaya göz açdığı gündür.


Daimi həyatın imkanlardan imtahanlarından alnıaçıq və üzüağ cıxan Əli müəllimi belə bir ələmdar gün münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev səmimi qəlbdən təbrik edir ona həyatda insan ucun ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.


Arzu edirik ki, Əli Nərman oğlu Əliyevin yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin.


DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, ƏLİ MÜƏLLİM!
BÜTÜN ARZULARIN CİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!


Azərbaycan Vətən Müharibəsi Veteranlari İctimai Birliyi sədrinin müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: