Rusiya MN: Azərbaycan tərəfinin Ağdərədə müəyyən edilmiş təmas xəttini pozması qeydə alınıb

Maraqlı burasıdır ki, Rusiyanın qanunsuz erməniməramlı qüvvələri hələ də yer adlarını ermənicə deməkdə və «Dağlıq Qarabağ nümayəndələri ilə birgə» kimi ifadələri həyasızcasına işlətməkdədirlər. Rusiya MN «Dağlıq Qarabağ nümayəndələri ilə birgə» kimi ifadə etdiyi məlumatı şərh etməlidir. Söykəndikləri sazişin 4-cü maddəsini yerinə yetirməkləri bir yana, hələ bu terror dəstələri ilə birgə hərəkət etdiklərini etiraf edirlər. İVAN, İDİ DOMOY!

Məlumatda deyilir: Ağdərə rayonunun Yarımca qəsəbəsi ərazisində Azərbaycan tərəfi tərəfindən müəyyən edilmiş təmas xəttinin pozulması qeydə alınıb.

Bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin məlumat bülletenində qeyd olunur.

Rusiya sülhməramlı kontingentinin komandanlığı Azərbaycan və Dağlıq Qarabağ nümayəndələri ilə birgə insidentin aradan qaldırılması üçün tədbirlər görür (?!).

“Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməkdə davam edir.

İyirmi yeddi müşahidə məntəqəsində Rusiya sülhməramlıları vəziyyətin gecə-gündüz monitorinqini aparır və atəşkəs rejiminə riayət olunmasına nəzarət edir.

Yarımca (Ağdərə rayonu) qəsəbəsi ərazisində Azərbaycan tərəfindən müəyyən edilmiş təmas xəttinin pozulması qeydə alınıb. Rusiya sülhməramlı kontingentinin komandanlığı Azərbaycan və Dağlıq Qarabağ nümayəndələri ilə birgə (?!) insidentin aradan qaldırılması üçün tədbirlər görür.

Azərbaycan Respublikası silahlı qüvvələrinin dörd kolonu Laçın dəhlizi ilə müşayiət olunub: ikisi şimalda, ikisi cənubda.

Əsgəran, Ağdərə, Xocavənd rayonlarında və Laçın dəhlizində dörd marşrut xətti üzrə patrul xidməti həyata keçirilib.

Sülhməramlı kontingentin mühəndis-istehkam dəstələri ərazinin mina və partlamamış hərbi sursatlardan axtarışını və təmizlənməsini davam etdirir. Gün ərzində 1 ha ərazi təmizlənib.

Ümumilikdə, 23 noyabr 2020-ci il tarixindən indiyədək 2368,3 hektar ərazi, 689,5 km yol, 1937 tikili partlamamış mina və mərmilərdən təmizlənib, 26261 partlayıcı obyekt aşkar edilərək zərərsizləşdirilib.

Rusiya sülhməramlılarının təhlükəsizliyini təmin etmək və baş verə biləcək insidentlərin qarşısını almaq üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır”, — deyə Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Bu xəbəri paylaşın: