ABŞ satanistləri Ukraynanı dəstəkləyirlər

Dini birlik statusuna malik olan “Şeytan məbədi” təşkilatı Ukraynanı dəstəkləyib, hətta ukraynalı tərəfdarlar üçün pul yığımı da təşkil edib.

Satanistlər adından mesaj onların Facebook səhifəsində dərc olunub (Bu birlik Rusiyada qadağan edilib; sosial şəbəkənin sahibi olan Meta korporasiyası ekstremist kimi tanınıb və Rusiya Federasiyasında fəaliyyəti qadağan edilib).

ABŞ-da yerləşən «Şeytan məbədinin» insan haqları fəallarından ibarət olduğu məlumdur. Təşkilat dini hesab edilir, lakin oradakı şeytanın obrazı yalnız güc və azadlıq simvolu kimi şərh olunur. Onun nümayəndələri nə Allaha, nə də şeytana inanırlar. Onlar bütün mənəviyyata və fövqəltəbii hər şeyə qarşı çıxırlar.

2019-cu ildə Amerika hakimiyyəti onları hətta vergidən azad etdi.

Mənbə:  Lenta.Ru

Bu xəbəri paylaşın: