Bizə konkret planlar hazırlamaq və onlar haqqında məlumatı ictimaiyyətə çatdırmaq üçün bir az vaxt lazımdır, — “Mənim şərəfim var” fraksiyasının katibi Hayk Mamicanyan Ermənistan parlamentində keçirdiyi brifinqdə müxalifətin niyə belə bir addım atması ilə bağlı sualı cavablandırarkən belə deyib.
“Tərəddüd etmirik, sadəcə bir “Atəş” şansımız var. Biz düşünülməmiş, planlaşdırılmamış addımlar ata bilmərik. Ona görə də konkret tədbirlər hazırlamaq və onlar haqqında ictimaiyyətə məlumat çatdırmaq üçün müəyyən vaxta ehtiyacımız var. Söhbət çox qısa müddətdən gedir”, — deyə Mamicanyan bildirib.
Müxalifətçi deputat vətəndaşlara müraciət edib.
“Mitinqlərə gəlməmiş, «gözləri açılmamış» 5 nəfəri seçin. Biz növbəti hərəkətləri elan edərkən, onları (S)artsaxın xilası əməliyyatına cəlb etməyə çalışın”.
Mənbə Factinfo
