TƏBRİK: BAĞIROV TALEH MEHDİ OĞLU- 61

Peşəkarlığı və humanistliyi, İşgüzarlığı və intellektual səviyyəsi və idarəçilik qabiliyyəti, insanpərvərliyi və təcövzkarlığı ilə secilən Allahın verdiyi şərəfli və mənalı ömürün ən məhsuldar dövrünün 20 — ildən cox şərəfli xidməti yolunu Daxili İşlər Nazirliyinin Daxılı Qoşunlarında müxtəlif vəzifələrdə kecirmiş Müharibə Veteranı istefada olan polkovnik — leytenant Bağırov Taleh Mehdi oğlunun aprel ayının 18 -də onun 61 yaşı tamam olur.


Bu bahar təravətli yaz günündə, daimi həyatın imtahanlarından alnıacıq və üzüağ cıxan Müharibə Veteranı istefada olan polkovnik- leytenant Bağırov Taleh Mehdi oğlunu doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin müavini polkovnik Salman Musayev səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ucun ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayIr.


Arzu edirik ki, polkovnik leytenant Taleh Bağırovun yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!


Polkovnik — leytenant Bağırov Taleh Mehdi oğlu 1961 — cı illn aprel ayının 18 — də anadan olub.

1978 -ci ildə Baki şəhərində 32 saylı tam orta məktəbi, 1985 — ci ildə isə SSRİ Daxili İşlər Nazirliyinin Xarkov şəhərində yerləşən Arxa cəbhə xidmətləri üzrə Ali hərbi məktəbi bitrib.O, Daxili Qoşunlarda müxtəlif vəzifələrdə xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş idarəsində, Diviziyalarında və hərbi hissələrində kecirlən bir çox metodiki — təlim toplanışlarda, nümnəvi köstərici məşğələlərdə, xüsusi taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.


1980 — 1981 -ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Pskov şəhərində yerləşən hərbi hissələrində müddətli həqiqi hərbi xidmətə olub.


1985 — cı illn avqust ayından — 1990 -ci illin may ayına kimi SSRİ Daxili işlər Nazirliyinin Sverdlovsk vilayətinin Tavda şəhərində, 1990- ci ilin may ayından 1991- ci ilin dekabr ayına kimi isə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Bakı şəhərində yerləşən Konvoy Mühafizə alayında ərzaq xidmət rəisi vəzifələrində olub.


1992 – 2000- ci illərdə Azərbaycan Respublikasının Daxili işlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin Sumqayıt şəhərində, Ağdam, Binəqədi rayonlarında yerləşən hərbi hissələrində hərbi hissə komandirinin Maddi – texniki təminat xidmətləri üzrə müavini, Daxili Qoşunların Bas İdarəsinin Maddi Texniki Təminat İdarəsində isə Ərzaq şöbəsinin rəisi vəzifələrində Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət edib. O, Daxili Qoşunların Bas İdarəsinin Binəqədi rayonunda yerləşən hərbi hissə komandirinin əvəzi olduğu müddətdə ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.


Polkovnik — leytenant Taleh Mehdi oğlu Bağırov Azərbaycanın ərazi bütövlüyü uğrunda ( Ağdam, Ağdərə və Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerinə yetirmişdir.


Taleh Bağırov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, saxavətli, insanpərvər, əliacıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsədə xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohuməqrəba arasında özünə layiq hörmət qazanmışdır.


Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andin, hərbi nizamələrin və digər hüquqi- normativ aktların tələblərinə, eləcə də vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, Şəxsi nümunəsi ilə bir cox hərbi qulluqçular fədakar hərbi xidmətə ruhlandırmışdır.


Polkovnik — leytenant Taleh Mehdi oğlu Bağırov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Ərzaq Xidməti və Maddi Texniki Təminat Xidmətləri üzrə kiçik mütəxəssislərn, zabit və gizirlərin hazrlamasında, şəxsi heyətin qidalanması üçün lazımı şəraitin yaradılmasında və lazımi avadanlıqlarla təmin edilməsində, eləcədə ərzaq xidməti üzrə normativ – hüquqi aktların ( sənədlərin, əmirlərin, təlimatların) müasir tələblərə uyğun hazırlanmasında xüsusi xidmətləri olmuşdur.


Rusiya Sovet Federativ Respublikasında və Azərbaycan Respublikasında İctimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda Şəhərdə , yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində baş vermiş kütləvi ixtşaşların qarşlsının alınmasında, Mütəşəkkil cinayətkarlığa qarşı mübarizə də, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, Fövqaladə vəziyyətin təmin
edilməsində, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, mühafizə olunan cəzaçəkmə müəssisələrin və dövlət əhəmiyyətli obyektlərin etibarlı mühafizəsində, eləcədə dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqların öhtəsindən layiqinca gəlmişdir.


Hərbı xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə görə, döyüş və ictimai sıyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubiley
nişanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla və qiymətli hediyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.


Hərbı xidməti vəzifə borclarını yerinə yetirərkən göstərdiyi rəşadətə və döyüş hazırlığına eləcədə əla döyüş xidmətlərinə görə SSRİ Ali Soveti və Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə “Qüsursuz Xidmətlərə Görə” 1-ci dərəcəli, 2- ci dərəcəli və 3 -cü dərəcəli, “Silahlı Qüvvələrin yaranmasının” isə 70 -illiyi və 10- iliyi medaları təltif olunub.


ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN OLSUN, TALEH BƏY!
BÜTÜN ARZULARIN CİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!


Azərbaycan Vətən Müharibəsi Veteranlari İctimai Birliyi sədrinin müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: