AVMVİB Xəzər rayon şöbəsi iftar süfrəsi verdi

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xəzər rayon şöbəsi oruc tutanlara 100 nəfərlik iftar süfrəsi açıb.


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xəzər rayon şöbəsinin sədri Rasət Tağıyev məlumat verib.

R. Tağıyev bildirdi ki, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xəzər rayon şöbəsi adından iftar süfrəsi T. Quliyev adına xəstəxanada verilib.

Xatırladaq ki, AVMVİB Xəzər rayon şöbəsi hər il bu cür iftar süfrələri verir və məclisə, əsasən şəhid ailələrini, keçmiş döyüşçüləri dəvət edir.


Allah orucunuzu qəbul etsin!

Elnur Səlim

Bu xəbəri paylaşın: